Yuxarı

BMT-də Bakıya qarşı şok erməni təxribatı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT-də Bakıya qarşı şok erməni təxribatı

BMT üzvü olan hər bir ölkə bu quruma illik hesabat verir. Lakin təəssüf ki, budəfəki hesabatda Ermənistan təxribata yol verib, qondarma Dağlıq Qarabağın hesabatının BMT-nin saytında yerləşdirilməsinə nail olub.

Axar.az xəbər verir ki, bu sözləri bu gün keçirilən Milli Məclisin iclasında millət vəkili Azay Quliyev deyib. O bildirib ki, hesabat 6 dildə yayılıb:

“Buna müvafiq qurumlar münasibət bildirməlidir. Ermənistan tərəfindən bu cür təxribatlar indiyədək də edilib. Lakin budəfəki təxribata BMT şərait yaradıb. İndiyədək heç bir halda BMT tərəfindən belə qanunsuzluğa yol verilməyib.

Təşkilatın qəbul etdiyi qətnamələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Belə olan halda, necə ola bilər ki, BMT tərəfindən bu cür hesabat “Artsax” adı ilə qəbul olunsun?

Bu məsələ araşdırılmalı, qanunsuz, qondarma hesabat BMT-nin rəsmi saytından çıxarılmalıdır”.

Millət vəkili Qənirə Paşayeva həmkarı Azay Quliyevin qaldırdığı məsələni dəstəkləyərək deyib ki, işğalçı Ermənistanın BMT-də Azərbaycana qarşı təxribatının qarşısının alınması istiqamətində ciddi addımlar atılmalıdır. O bildirib ki, Ermənistan BMT-yə təqdim etdiyi illik hesabatında qondarma “dqr”in hesabatını da əlavə etməsi BMT-nin İnsan Haqları Şurasının öz nizamnaməsindən kənara çıxması deməkdir.

“Eyni zamanda BMT-nin bu təxribata imkan yaratması BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə də ziddir. Biz BMT-nin Ermənistanın bu təxribatına imkan verməsinə ciddi şəkildə etirazımızı bildirməli və bu təxribatın BMT-nin saytından çıxarılmasına nail olmalıyıq. Həmkarımın da qeyd etdiyi kimi, bu hesabat 6 dildə yayılır və Azərbaycana qarşı bu təxribat bizi ciddi narahat etməlidir”.

Tarix
2019.04.23 / 22:18
Müəllif
Axar.az
Digər xəbərlər

Abbas Arakçı Bakıya yola düşdü

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla