Yuxarı

Terrorçulara yardım edənlərə Bakıdan mesaj göndərəcəyik - Ərbaş

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Terrorçulara yardım edənlərə Bakıdan mesaj göndərəcəyik - Ərbaş

Dinlər Yer üzünə birliyi, sülhü, xeyri bərqərar etmək üçün göndərilib. Bütün peyğəmbərlərin məqsədi pislikləri aradan qaldırmaq, yaxşılıqları təbliğ etmək olub. Bakıda Dünya dini liderlərinin II Sammitində iştirak dini liderlər müharibə, aclıq, terror kimi önəmli problemlərin həlli yollarını müzakirə edirlər. İki gün davam edəcək sammitin aktual məsələlərin həllinə töhfə verəcəyinə inanıram.

Axar.az xəbər verir ki, bu fikirləri sammitdə iştirak edən Türkiyə Dəyanət İşləri başqanı Əli Ərbaş deyib.

"Bütün dünyaya, xüsusilə terror təşkilatlarına yardım edənlərə Bakı Sammiti vasitəsilə mesaj göndərməyə çalışacağıq. Bildirmək istəyirik ki, terrorun dini, inancı yoxdur və o, hər kəs üçün təhlükəlidir. Türkiyə terror təşkilatları ilə hələ də mübarizə aparır. Biz apardığımız mübarizəyə bütün ölkələrin, dini liderlərin dəstək verməsini arzulayırıq", - deyə A.Ərbaş qeyd edib.

Türkiyə Dəyanət İşləri başqanı Məhəmməd Peyğəmbərin mövlud həftəsi ilə əlaqədar noyabrın 16-da Bakıda tədbir təşkil edəcəklərini də diqqətə çatdırıb. Bildirib ki, həmin tədbirdə İslam Peyğəmbərinin nümunəvi həyat yolundan danışılacaq, onun insanlara qazandırdığı dəyərlərdən söhbət açılacaq.

Tarix
2019.11.14 / 22:28
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlik bu universiteti cərimələdi

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla