Yuxarı

PA-dan ATƏT nümayəndəsinə cavab: Qəsdən şişirdir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
PA-dan ATƏT nümayəndəsinə cavab: Qəsdən şişirdir

Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezirin Azərbaycanda jurnalistlərə qarşı zorakılığın baş verməsi ilə bağlı bəyanatına münasibət bildirib.

Axar.az xəbər verir ki, H.Hacıyev Azərtac-a açıqlamasında Harlem Dezirin davamlı şəkildə qatı anti-Azərbaycan mövqeyi nümayiş etdirən bir şəxs olduğunu deyib.

Prezidentin köməkçisi vurğulayıb ki, ATƏT rəsmisi Azərbaycanda baş verən hadisələri qəsdən şişirdir və siyasiləşdirir:

"Harlem Dezirin məsələləri öyrənmədən, tələm-tələsik reaksiyası onun Azərbaycana olan aşkar qərəzini göstərir. Lakin "insan haqları uğrunda cəfakeş" Harlem Dezir nədənsə Ermənistanda insan hüquqlarının pozulması, təqib və həbslərə göz yumur. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları "asfalta uzatmaqla" hədələyir. Ermənistanda jurnalistlər həbs və təqib olunur. Keçən il müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdi. Lap bu yaxınlarda VETO hərəkatından olan müxalif bloqqer Narek Malyan qanunsuz silah saxlanması ittihamı ilə saxlanılıb. Satik Seyranyan, Armen Tavadyan və digər şəxslərlə bağlı vəziyyəti qeyd etmək olar. Lakin biz Harlem Dezirin bu məsələlərə dair heç bir reaksiyasının şahidi olmuruq. Görünür, Harlem Dezir insan hüquqlarına münasibətini siyasi coğrafiyaya görə müəyyən edir. Prosedurlara uyğun olaraq bu ilin iyun ayında ATƏT-də onun mandatının uzadılıb-uzadılmaması məsələsinə baxılacaq. Harlem Dezirin vəzifəsindən sui-istifadə etməsi, məsələləri lüzumsuz yerə hədsiz dərəcədə şişirtməsi və siyasiləşdirməsi nəzərə alınaraq, bu gedişlə onun mandatının uzadılması ilə bağlı Azərbaycan tərəfinin fərqli fikri olacaq".

Tarix
2020.02.13 / 14:54
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla