Yuxarı

Bu cür “politoloq”a görə bu gündəyik: Sadəcə, debilizm!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan mediasının ən böyük problemlərindən biri politoloq qıtlığıdır: ölkədə dünya siyasətini incələyə bilən ağıllı, savadlı, müdrik, geniş düşüncəli siyasi analitik tapmaq olduqca müşkül məsələdir.

Rusiya və türk politoloqları ilə müqayisə edəndə isə adamın özünə yazığı gəlir: bu qədər primitiv düşüncə daşıyıcısı olan şəxslər hamısı birdən necə doluşub “politoloji” mühitə? Bunlar harda yetişib? Bunlar bəlli 2 abzası təkrarlamaqdan başqa nəyə yarayırlar?

Adi siyasi-ictimai vəziyyəti dəyərləndirib, ağıllı və fərqli nəticə ortaya qoya bilməyən bu tipli insanlar necə cəmiyyətə yol açıb, mövqe qazanıblar?

Əlbəttə, günahın əsas qismi bizdədir ki, onları politoloq olaraq cəmiyyətə sırıyırıq. Açıq deyəcəyik: bəzilərini danışdırandan, yazandan sonra nə qədər əbləh “analiz” verməsindən heyrətə də gəlirik, məcbur olub cilalayırıq, fikirlərini dəyişirik, sığallayıb-tumarlayıb dərc edirik. Bunlar da elə bilir ki, müdrik adamdırlar, artıq hər zada münasibət bildirə bilərlər.

Başqa əlacımız da yoxdur, çünki ölkədə analiz qabiliyyətinə malik adam qıtdır, olan 3-4 nəfər də həddən artıq az danışır. Bizim isə yerləşdiyimiz regiona görə politoloqlara, şərhlərə ehtiyacımız var: cəmiyyətimiz bir çox məsələlərin analizinə möhtacdır.

Belə “politoloq”lardan biri Elxan Şahinoğludur. Adamın statuslarına baxa bilərsiniz: “analizləri” primitiv qeybət səviyyəsindən o tərəfə keçmir, bu azmış kimi, özünüifadəsi də bərbad vəziyyətdədir. Ana dilini “monqolca” səviyyəsindən yuxarı bilmir!

Aktiv olduğundan, illərdir möhtac olduğumuz “politoloq”a çevrilib: dərhal verdiyi reaksiyalar səbəbindən fikirlərini götürüb dərc etmişik. Ancaq necə? Hansı dəyişikliklərlə?

Bunu saytlarımızda dərc edilən və onun adına geydirdiyimiz materiallarla onun öz statuslarını müqayisə edərək, özünüz görə bilərsiniz.

Məxsusən Axar.az-ın çarəsizlikdən vaxtaşırı üz tutduğu Elxan Şahinoğlu ötən gün saytımızın 1991-ci il 14 mart tarixində məşhur “Zaman” (Vremya) proqramının Mixail Qorbaçova aid rəsmi müraciətini yaymasına “irad” tutub. Hətta utanıb-qızarmadan bunu “manipulyasiya” adlandırıb və “düşmən dəyirmanına su tökən” yox, məhz erməniyə işləyən çox ƏBLƏH (Bu sözün bütün məsuliyyətini məhkəmədə daşımağa hazırıq – red.) bir status paylaşıb.

İnsan nə qədər düşüncə qıtlığı çəkməlidir ki, Azərbaycan mediasının “yox əllə” (bu kontekstdə elxanşahinoğlu tipində “politoloqlar”a möhtac qalmağımız nəzərədə tutulur – red.) apardığı təbliğat savaşına bu cür yanaşsın; insan nə qədər savadsız, korafəhm və siyasi düşüncədən, erməni təbliğat aparatı ilə apardığımız informasiya savaşından bixəbər olmalıdır ki, bu cür baxış bucağı təqdim etsin!

Əvvəla, bu, informasiya manipulyasiyası deyil, rəsmi açıqlamadır və bunu gündəmə ona görə gətirdik ki, Ermənistan Baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə panel müzakirəsi zamanı “Azərbaycan SSRİ-dən necə çıxıbsa, Dağlıq Qarabağ da o cür çıxıb” misalı qeyri-hüquqi bir “arqumentlə” çıxış etmişdi. Bu heç bir əndazəyə, qanuna, beynəlxalq hüquqa sığmayan yanaşmanın ən yaxşı cavabı elə Qorbaçovun məlum müraciəti idi ki, bunu da yaydıq.

İkincisi, erməni ilə informasiya savaşında informasiya manipulyasiyası edirik? Əcəb edirik! Balayanı yazmadığı kitaba görə suçlayıb, demədiyi fikirlərini tirajlayırıq? Yaxşı edirik! Niyə biz hər zaman təkzib etməliyik? Qoy Balayan şərəfsiz Londonda konfrans keçirib, təkzib etməyə məcbur olsun! Nə vaxta qədər biz erməni yalanlarını təkzib etməklə məşğul olacağıq? Qoy bir dəfə də onlar təkzib mövqeyində dayansınlar!

Guya Balayanın hansı yuvanın quşu olduğunu, türk qanına necə susadığını bilmirikmi? Gördünüzmü yazdıqlarımız necə gözəl yapışdı bu şərəfsizə! Çünki mahiyyəti, düşüncəsi odur!

Bu qədər bəsit məntiqi Elxan Şahinoğlu anlamırsa...

Qeyd: Azərbaycanın geniş düşüncəli, yüksək analitik qabiliyyətli və vətənini sevən politoloqları da var – Qabil Hüseynli, Eldar Namazov, Tofiq Zülfüqarov və s. Bu qəbildən olan barmaqla sayılan insanlarımıza və fikir adamlarımıza sevgi və sayğımızı çatdırırıq!

Tarix
2020.02.20 / 12:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Regiondan uzaq dövlətlərin prosesə maneə törətməsi...

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla