Yuxarı

Rusiya Azərbaycanın təklifini dəstəklədi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Azərbaycanın təklifini dəstəklədi

Rusiya BMT-nin Baş Assambleyasının COVİD-19-a həsr edilmiş xüsusi sessiyasının çağırılması barədə Azərbaycanın təklifini dəstəkləyib.

Axar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bunu Moskvada növbəti brifinqdə elan edib.

“Qoşulmama Hərəkatının və bu Hərəkatın sədri kimi Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının COVİD-19-a həsr edilmiş xüsusi sessiyasının çağırılması barədə qərar qəbul edilib. Rusiya MDB üzrə öz tərəfdaşının bu təklifini dəstəkləyib. Biz əminik ki, xüsusi sessiya konstruktiv ruhda keçiriləcək və substantiv qərarlar qəbul edilməsi ilə başa çatacaq. Bu baxımdan maraqlı diskussiya gözləyirik. Nyu Yorkda mürəkkəb epidemioloji vəziyyətin qaldığı şəraitdə xüsusi sessiyanın distant formatda keçirilməsi planlaşdırılır. Hazırda müvafiq prosedurlar razılaşdırılmaqdadır”, - deyə o bildirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə pandemiyaya qarşı mübarizənin müzakirə edilməsi məqsədilə BMT-nin Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi barədə təkliflə çıxış edib. BMT üzvü olan 130-dan artıq dövlət bu təşəbbüsü dəstəkləyib.

Tarix
2020.07.09 / 18:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla