Yuxarı

Akar Füzulinin azad olunmasına görə Ordumuzu təbrik etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Akar Füzulinin azad olunmasına görə Ordumuzu təbrik etdi

Ermənistanın törətdiyi bu vəhşiliyə səssiz qalanları tarix bağışlamayacaq.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla telefon danışığında bildirib.

“Ermənistan yenə körpə, qadın, yaşlı demədən azərbaycanlı qardaşlarımızı qətlə yetirib. Ermənistan müharibə cinayəti törətməklə “atəşkəs”, “müzakirə” çağırışı edənlər isə bu hücumları uzaqdan izləməkdə davam edirlər. Mülki sakinlərə ballastik raketlərlə hücum əmrini verənlər mütləq bunun hesabını verəcək, bu vəhşiliyə səssiz qalanları da tarix əsla bağışlamayacaq.

Ərazi bütövlüyünü qorumaq, öz torpaqlarına qovuşmaq uğrunda mübarizəsində türk qardaşlarımızın yanında olmağa, haqlı davalarında bütün imkanlarımızla onları dəstəkləməyə davam edəcəyik”, - Türkiyənin Müdafiə naziri bildirib.

Füzuli şəhərinin işğaldan azad edilməsi, Ermənistana məxsus “Su-25” qırıcının vurulması münasibəti ilə Azərbaycan ordusunu təbrik edən Hulusi Akar bütün şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Tarix
2020.10.17 / 13:51
Müəllif
Axar.az
Digər xəbərlər

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat

Bu şəxslərin maaşlarında artım oldu

Bu, müharibədən, böhrandan, təhdiddən daha dağıdıcı olur

İrəvanla gündəlikdə olan əsas prioritet... - Hacıyev

Azərbaycan aldadıcı hava hücumu həmləsi etdi - CNN

ABŞ-la danışıqlardan sonra sülh planı yaxşı görünür - Zelenski

Əli Kərimlidən sonra növbə kimindir?

Elçibəy Əli Kərimli ilə bağlı bunu xahiş etmişdi

Əli Kərimli buna görə həbs edildi - Əli İnsanov

Bakıda gündəm olan bu maşın kimindir? - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla