Yuxarı

Cəbrayılın ardınca Füzulinin azad edilməsi... - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəbrayılın ardınca Füzulinin azad edilməsi... - Politoloq

Bir gözümüz Füzulinin işğaldan azad olunmasına görə sevincdən, digər gözümüz Gəncədə baş verən növbəti erməni terrorunda həlak olanların qüssəsindən ağlayır. Lakin əsla ruhdan düşməyəcəyik. Qoy düşmənimiz də yaxşı bilsin ki, biz bir ölər, min dirilərik, lakin Vətən torpağından əl çəkmərik.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistan silahlı qüvvələrinin növbəti dəfə Gəncə şəhərini ballistik raketlə vurması haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, Gəncənin ballistik raketlə vurmasının sadəcə bir adı var - insanlıq cinayəti:

“Cəbhədə ard-arda biabırçı şəkildə məğlub olan Ermənistan ordusu mülki əhaliyə hücum edir. Təəssüf ki, qarşımızdakı düşmən nə beynəlxalq hüquqa riayət edir, nə də mərd kimi açıq müharibə aparır. Bu gün Ermənistan ordusunun qarşısında 90-cı illərin Azərbaycan Ordusu olmasa da, Azərbaycan Ordusunun qarşısında 90-cı illərin Ermənistan ordusu var. Yenə uşaqları, qadınları, qocaları özü üçün hədəf seçən, döyüş meydanından qaçıb qəzəbini sivillərdən çıxan bir Ermənistan əxlaqsızlığı.

Gəncədə baş verən hadisə bütün insanlığa qarşı edilən qəsddir. Ölən uşaqdırsa, ölən qadın-qocadırsa, ölən mülki şəxsdirsə, bu, bir xalqın yox, bütün insanlığın düşünməli olduğu məsələdir. Dünyanın nüfuzlu informasiya agentlikləri, televiziya kanalları, beynəlxalq təşkilatları, insan haqları qurumları Gəncədə baş verən erməni vəhşiliyinə biganə qalmamalıdır. Cənubi Qafqazda iki əsrdir dəfələrlə soyqırım edən, özünü dünyaya məzlum kimi göstərən, həqiqətdə isə başqalarının torpağını qəsb edib, beşikdəki körpələrə belə acımayan bu dövlət və onun faşist təfəkkürlü siyasi elitası tez bir zamanda durdurulmalıdır.

Bu gün əgər dünya Gəncədə baş verən bu qeyri-insani addıma gözlərini yumacaqsa, əmin olun, biz yummayacağıq. Azərbaycan hər zaman olduğu kimi, yenə beynalxalq hüququn norma və prinsipləri ilə hərəkət edərək düşmənə sarsıdıcı və layiqli zərbələr endirəcək. Necə ki, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin bu gün xalqa açıqladığı möhtəşəm Füzuli zəfəri kimi! Cəbrayılın ardınca Füzulinin azad edilməsi, əslində, böyük qayıdışın addımlarıdır. Bu gün xalqımızın düşmənə verəcəyi ən layiqli cavab Müzəffər Odumuza inanıb dəstəyini əsirgəməməsi və ölkə başçımıza hər zamankından da çox inanmasıdır. Çünki zəfər ona inananların, onu arzulayanların və bu yolda ən düzgün addımlayanlarındır”.

Tarix
2020.10.17 / 23:06
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla