Yuxarı

Perenciyev: Bunu istəyiriksə, Türkiyə ilə dost olmalıyıq - Video

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:00

Rusiyanın istənilən hücumu dəf etmək üçün kifayət qədər qücü və vasitəsi var, buna görə də bu gün rəsmi Moskva Qara Dəniz Donanmasını gücləndirir.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı hərbi ekspert Aleksandr Perenciyev NATO Baş katibi Yens Stoltenberqin ittifaqın Qara dəniz bölgəsindəki hərbi varlığını artırmağa davam edəcəyinə dair açıqlamasını şərh edərkən bildirib.

Mütəxəssisin fikrincə, NATO sürətlə rotasiya edir, bəzi gəmilər Qara dənizdən çıxır, digərləri daxil olur və bu şəkildə qruplaşma böyüyür:

“Bununla yanaşı, NATO Türkiyə ilə ortaq bir donanma yaradaraq qruplaşmanı rəsmi Ankaranın hesabına artıra bilər. Bu vəziyyətdə Rusiyanın Türkiyə ilə yaxşı münasibətlərini qoruyub saxlaması zəruridir, belə olarsa, rəsmi Ankara gəmiləri ilə NATO-nun Qara dənizdəki qruplaşmasını dəstəkləməyəcək. Heç bir qarşıdurma olmaması, qarşılıqlı əlaqə üçün biz türklərlə dost olmalıyıq. Bəlkə bu halda türk donanması NATO-da iştirakı formal olacaq və Stoltenberqin planları suya düşəcək. Həm də əgər Türkiyə NATO gəmilərinin giriş-çıxış qrafikini (Boğazlardan keçən gəmilər nəzərdə tutulur) izləyərsə və çox tez-tez rotasiyasına icazə verməzsə, bu, başqa bir əks mexanizm olacaq”.

Tarix
2020.12.03 / 10:49
Müəllif
Əli, Xədicə
Digər xəbərlər

Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

Prezidentlər mühüm iclasda iştirak etdi

Ərsin Tatara Fəxri doktor diplomu təqdim edildi

Rusiyadan dəhliz açıqlaması: Bakının da maraqlarına uyğundur

Prezident tapşırığı: Müşavirə keçirildi

Cənubi Qafqazda yeni dövr - Kreml çarəsizdir

Rusiyadan Bakıya çağırış

Azay Quliyev ATƏT PA-nın komitə sədri seçildi

ABŞ-ın Azərbaycan və Ermənistana planı...

Prezidentlərin təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla