Yuxarı

Qarabağla bağlı telefon trafiki: Moskvadan Ankaraya...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Putin dünən Əliyevlə danışdı, bu gün Paşinyanla, ardınca Ərdoğanla Qarabağı müzakirə etdi.

Rusiya prezidentinin Bakı və İrəvanla təmas qurandan sonra Türkiyə prezidenti ilə müzakirə aparması tərəflər arasında konkret addımların atılması ilə bağlı razılığa gəlindiyi qənaətini gücləndirir.

Bunun nədən ibarət olduğu rəsmi informasiyalarda əksini tapıb: üçtərəfli razılaşmların icra edilməsi.

Əsas müzakirə mövzusunun nə olduğu haqda ehtimal irəli sürmək üçün telefon trafikinin haradan başlandığına - Bakıya baxmaq lazımdır.

Putinə Əliyev zəng etdi, ardınca Moskvadan İrəvana zəng edildi. Bu, üç ehtimalı önə çıxarır:

Birincisi, Bakı üçtərəfli razılaşmaların tam şəkildə həyata keçirilməsində - indiyə qədər icra edilməyən 4-cü bəndlə (erməni qoşunların Qarabağdan çıxarılmasında) bağlı israr edir: Ermənistanda seçkidən sonra gözlənilən idi;

İkincisi, Əliyevin zəngindən bir gün sonra Putinin Paşinyanla danışması Moskvanın Bakının istəyi ilə razılaşdığı deməkdir;

Üçüncüsü, Putinin sonda Ərdoğanla danışması Ermənistanın da “razlaşmaların tam icra edilməsinin vacibliyini” qəbul etdiyi və Rusiyanın proseslə bağlı bölgədə tərəf olaraq qəbul etdiyi Türkiyəni məlumatlandırdığı deməkdir.

Razılaşmalarla bağlı mövcud vəziyyət və mümkün gözləntilər də bu ehtimalları gücləndirir:

- “Üçtərəfli razılaşmaların tam şəkildə icra edilməsindən” bəhs edilirsə, yeganə irəliləyiş olmayan məsələ məhz erməni qoşunların çıxarılmasıdır;

- Rusiyanın vasitəçiliyi ilə sərhədlərlə bağlı yeni müqavilə gündəmdədir və belə bir sənədin müzakirəyə çıxarılması üçün öncə üçtərəfli razılaşmaların bütün bəndləri üzrə ən azından müəyyən irəliləyiş olmalıdır.

Putin-Ərdoğan müzakirəsində Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətinə toxunulması da erməni qoşunların çıxarılmasından sonra bölgədə vəziyyətin idarə olunması məsələsinin ələ alındığı fikrini önə çıxarır.

Qarşıdakı dövrdə liderlərin təmaslarının intensivləşəcəyini görə bilərik.

O da istisna deyil ki, növbəti dəfə erməni diversantlarla mina xəritələrinin “barter” edilməsi Rusiya və Türkiyənin vasitəçiliyi ilə həyata keçiriləcək. Telefon trafikində müzakirə olunan əlavə məsələlərdən biri də bu ola bilər.

Tarix
2021.06.25 / 00:37
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

ABŞ-ın Zəngəzur planı - İrəvandan rəsmi cavab

Səfərov və Lalayev apellyasiya şikayəti verdi

Ekstrasensdən sevindirici proqnoz: 2027-ci ildə…

Bakı böyük oyuna girdi: Ərdoğan, Əliyev və Nikol birgə...

Azərbaycanla dostlaşmağın yolu... - Rusiyalı senator

Bakı-Moskva münasibətlərini bu ölkə korladı – Özər

Əliyev və Paşinyan Dubayda görüşə bilər

Qırğızıstan prezidenti Moskvadan Azərbaycana yola düşdü

Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla