Yuxarı

ABŞ-dan “yaşıl işıq”: İran mövqelərinə zərbə endiriləcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-dan “yaşıl işıq”: İran mövqelərinə zərbə endiriləcək

İranla İsrail arasında dənizlərdə qeyri-rəsmi müharibə davam edir. İsrail İranı iyulun 30-da onun ticarət gəmisinə hücumda ittiham edib. Hücum pilotsuz uçuş aparatı ilə həyata keçirilib. Əslində hücuma məruz qalan “Mercer Street” adlı gəmi Liberiya bayrağı altında üzür və Yaponiyaya məxsusdur. Ancaq gəminin idarəetməsi İsrailin “Zodiac Maritime” şirkətinə məxsusdur. Bu, il başlayandan İsrail şirkətlərinə məxsus 5-ci gəmiyə hücum əməliyyatıdır.

Axar.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Hücum zamanı gəmidə xidmət edən Böyük Britaniya və Rumıniya vətəndaşlarının həlak olduğunu xatırladan politolq bildirib ki, buna görə İranın bu iki ölkədəki səfirləri Böyük Britaniyanın və Rumıniyanın Xarici İşlər nazirliklərinə çağrılıblar:

“Tehran ittihamları rədd edib. Ancaq o da məlumdur ki, İsrail İranın və Tehrana bağlı Hizbullah təşkilatının Suriyadakı mövqelərini zaman-zaman bombalayır. Digər tərəfdən İsrail İranın Suriyaya neft daşıyan tankerlərini də hədəf alır. Ümumiyyətlə, İsrail də İranın Suriyaya istiqamətlənən gəmilərini rahat buraxmır. Böyük ehtimalla Tehran İsrailə cavab aksiyası həyata keçirib. İsrail və ABŞ arasında mövcud durumla bağlı məsləhətləşmələr başlayıb. Yayılan xəbərlərə görə, Vaşinqton İsrailə İranın mövqelərinə qarşı hücum əməliyyatları həyata keçirməyə yaşıl işıq yandırıb”.

Politoloqun sözlərinə görə, dəniz müharibəsi İranda mühafizəkar İbrahim Rəsinin hakimiyyətə gəldiyi dövrə təsadüf edib. Həsən Ruhanidən fərqli olaraq, İbrahim Rəisi və İran İslam İnqilabı Keşikçiləri Korpusu İsraillə mübarizədə sərt addımlar atmağa hazırdılar:

“İranda bir neçə il ərzində nüvə alimlərinin qətlə yetirilməsində də İsrail izi axtarılır. Tehranda bunun intiqamı haqqında da düşünürlər.

İran-İsrail qarşıdurmasının inkişafı beynəlxalq aləmə və bölgəyə yeni gərginlik vəd edir. Tehran bir tərəfdən yenidən böyük dövlətlərlə nüvə sazişi imzalamaq istəyir, digər tərəfdən İsraillə növbəti qarşıdurmaya hazırlaşır. Bu gedişat Vaşinqtonun Tehranla nüvə sazişi imzalamasını ləngidə bilər. Ağ Evin hazırki sahibi Co Bayden Donald Trampdan fərqli olaraq nüvə anlaşmasına hazır görünürdü. Ancaq İranın İsrailə məxsus gəmiləri hədəf alarkən Bayden üçün Tehranla razılaşmaya hazır olması çətindir. Bayden daxili müxalifətin təzyiqi ilə üzləşəcək.

Yeni prezident İbrahim Rəisi seçim qarşısındadır. O ya nüvə sazişinə üstünlük verərək ölkəsinə qarşı iqtisadi sanksiyaların yumşaldılmasına çalışmalı, ya da İnqilab Keşikçiləri Korpusunun İsrailə qarşı “intiqam” əməliyyatlarına dəstək verərək nüvə anlaşmasını riskə atmalıdır”.

Politoloq İran-İsrail qarşıdurmasının Azərbaycanın maraqlarına cavab vermədiyini də qeyd edib:

“Bakı İran və İsraillə tərəfdaşlığını davam etdirmək, hər iki ölkə ilə müxtəlif layihələr reallaşdırmaq istəyir”.

Tarix
2021.08.05 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla