Yuxarı

Azərbaycan Avropada silahlara nəzarəti gücləndirməyə çağırdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbəti Təhlükəsizlik Dialoqumuz adi silahlara nəzarət, eləcə də etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirlərini əhatə edəcək. Azərbaycan öz təcrübəsinə əsaslanaraq, bu sahədə mövcud olan təhlükə və çağırışları yaxşı bilir.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun (TƏF) Azərbaycanın sədrliyi ilə keçirilən açılış iclasında deyib.

"Son üç onillikdə biz ərazilərimizin işğalı ilə bağlı status-kvonu gücləndirmək kimi yanlış axtarış çərçivəsində bütün tətbiq edilən silahlara nəzarət rejimlərinə və Etimad və Təhlükəsizlik Tədbirlərinə qəsdən məhəl qoyulmamasının və yayınmasının şahidi olduq. Bu təcrübəyə əsaslanaraq, əminik ki, mövcud rejimlər altında silahlara nəzarət və etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirlərinə dair öhdəliklərin yerinə yetirilməsi həm sözdə, həm də əməldə ATƏT regionunda sülh, təhlükəsizlik və sabitliyə mühüm töhfə verə bilər. Eyni zamanda, bu rejimlərin əsas məqsədi sülh və sabitliyi davam etdirmək, ilk növbədə Helsinki Yekun Aktında təsbit edilmiş ortaq təməl prinsiplərimizə və öhdəliklərimizə riayət etməkdən ibarət olmalıdır. Yalnız belə bir yanaşma gözlənilən nəticəni verə bilər", - nazir vurğulayıb.

Tarix
2022.01.19 / 17:56
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

Prezidentlər mühüm iclasda iştirak etdi

Ərsin Tatara Fəxri doktor diplomu təqdim edildi

Rusiyadan dəhliz açıqlaması: Bakının da maraqlarına uyğundur

Prezident tapşırığı: Müşavirə keçirildi

Cənubi Qafqazda yeni dövr - Kreml çarəsizdir

Rusiyadan Bakıya çağırış

Azay Quliyev ATƏT PA-nın komitə sədri seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla