Yuxarı

Qazaxıstanda Qafarova ilə Simonyan arasında mübahisə...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstanda Qafarova ilə Simonyan arasında mübahisə...

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyan MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının martın 29-da Almatı şəhərində keçirilən iclasında qarşılıqlı iddialarla çıxış ediblər.

Axar.az Report-a istinadən xəbər verir ki, çıxışı zamanı Simonyan Azərbaycan tərəfinin atəşkəsi pozduğunu iddia edib.

İclasın yekun hissəsində Qafarova bununla bağlı bildirib:

“Azərbaycan tərəfindən atəşkəsin pozulması haqqında informasiya həqiqəti əks etdirmir. Azərbaycanın suveren ərazisinə daxil olmuş qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ordusunun bölmələrinə qarşı növbəti təxribat həyata keçirməyə çalışıb, lakin silahlı qüvvələrimizin cavab tədbirləri nəticəsində geri çəkilməyə məcbur olub”.

Onun sözlərinə görə, Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata sadiqdir və onun müddəalarını pozmayıb:

“Bəyanatın müddəalarını Azərbaycan deyil, Ermənistan pozur”.

E.Qafarova həmçinin Ermənistanın qoşun qalıqlarının və qanunsuz erməni silahlı birləşmələrinin dərhal Azərbaycan ərazilərindən çıxarılmasını tələb edib.

O, Azərbaycanın üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana təhvil verdiyini vurğulayıb:

"10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə daxil olmuş erməni hərbçiləri Cenevrə Konvensiyasına uyğun olaraq hərbi əsir hesab olunmur və cinayət məsuliyyətinə cəlb edilməlidir".

A.Simonyan isə bəyanatın Azərbaycan tərəfindən pozulması barədə təkcə Ermənistanın deyil, Rusiyanın da bəyanat yaydığını bildirib: “Bir daha təkrar etmək istəyirəm: Ermənistan Azərbaycana təklif edir ki, sülh müqaviləsinin bağlanması ilə bağlı dərhal danışıqlara başlanılsın”.

Milli Məclis sədri rəsmi Bakının Ermənistan tərəfinə yaxşı tanış olan 5 bəndi nəzərə almaqla, sülh müqaviləsi imzalamağı dəfələrlə rəsmi İrəvana təklif etdiyini bildirib.

Ermənistan parlamentinin sədri fikrini tamamlayaraq deyib:

"Rəsmən bəyan edirəm ki, bu bəndlər Ermənistan üçün qəbulediləndir. Hesab edirik ki, bəzi aspektlər əlavə olunarsa, onların icrasına başlaya bilərik”.

Tarix
2022.03.29 / 13:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

Prezident tapşırığı: İrana humanitar yardım yola salınır

Əliyevdən İran açıqlaması: Davam edəcəyik!

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla