Yuxarı

“Qisas”ın səsi Londondan gəlir – Türk general

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan yenə də təxribat və terror törətməyə davam edir.

Bu sözləri Axar.az-a Ermənistanın sərhəddə törətdiyi təxribatlar və ölkəmizə qarşı ikili standartlar haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

Onun sözlərinə görə, İrəvanın törətdiyi terror və buna qarşı beynəlxalq münasibət Ermənistanın hansı mərkəzlərinin maraqlarına xidmət etdiyini göstərir:

“2020-ci ilin 12 iyulundan etibarən, yəni son iki ildə mənə Ermənistanın belə addımlarının səbəbləri haqqında çox suallar verilib. Birinci əsas səbəb odur ki, Ermənistan kukla və proksi dövlətdir. Məqsəd isə Rusiyada, Amerikada, Fransada, İranda və s. ölkələrdə olan əliqanlı qatillərin, müəyyən mərkəzlərin mənfəətinə xidmət etməkdir. İkincisi isə şəhidinin qanını yerdə qoymamaq üçün “Qisas” əməliyyatı keçirən Azərbaycanı 10 noyabr, 11 yanvar, 26 noyabr, o cümlədən Brüssel bəyanatlarındakı şərtləri yerinə yetirməyərək, yaxud müxtəlif bəhanələrlə ləngidərək beynəlxalq aləmdə çətin vəziyyətə salmaqdır. Bütün təxribatların səbəbkarı Ermənistandır. Lakin buna baxmayaraq, Azərbaycanın haqlı şəkildə keçirdiyi “Qisas” əməliyyatının səsi Vaşinqtondan, Moskvadan, Tehrandan və çox maraqlıdır, Londondan gəlir. Beynəlxalq təşkilatların, müxtəlif dövlətlərin Ermənistandan öz öhdəliklərini yerinə yetirməsini tələb etməsi yerinə, tərəfləri sakitliyə çağırması həm ikili oyundur, həm də İrəvanın hansı siyasi mərkəzlərin mənfəətlərinə xidmət etdiyinin göstəricisidir”.

General bu gün də Ermənistanın Laçın və Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini 12 dəfə atəş açdığını xatırladıb:

“Əslində atəş açmağın özü belə kiçik də olsa, hərbi hərəkatın bir növüdür. Lakin heç bir təşkilat, böyük dövlət baş verən qanunsuzluğa, haqsızlığa səsini çıxarmır, prosesə obyektiv yanaşmır. Biz buna alışmışıq, gerçəklərlə üzləşməyi bacarmalıyıq. Bu baxımından Azərbaycanın İngiltərədəki səfirliyinə radikal dini qruplaşma tərəfindən edilən hücum “Dəmir yumruğ”un Ermənistanla bərabər kimlərin başına endiyinin təzahürüdür. Bu, ağlıqıtlar birdəfəlik bilməlidirlər ki, “Bir kərə yüksələn bayraq, bir daha enməz!” Çünki biz “Bayraqları bayraq edən üstündəki qandır, Torpaq əgər üstündə ölən varsa, Vətəndir!” düsturu ilə yaşayırıq. Azərbaycanın Üçrəngli Bayrağı minlərlə şəhidin və qazinin canı-qanı ilə göylərdə və işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır. Heç kim unutmasın ki, biz ordumuzla, dövlətimizlə, xalqımızla birlikdə böyük türk millətiyik”.

Tarix
2022.08.05 / 16:15
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla