Yuxarı

Prezident Argentina səfirini qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Argentina Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşinin etimadnaməsini qəbul edib.

Axar.az xəbər verir ki, Argentina Prezidenti Alberto Fernandesin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdıran səfir Marianxeles Belluşi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı səfirlə söhbət etdi.

Prezident İlham Əliyev Alberto Fernandesin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını Argentina Prezidentinə çatdırmağı xahiş etdi.

Ölkələrimiz arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu bildirən dövlətimizin başçısı ticari və iqtisadi sahələrdə də əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd etdi və bunun üçün yaxşı potensialın mövcud olduğunu dedi.

Bakıda olmaqdan məmnunluğunu ifadə edən səfir paytaxtımızın gözəlliyinin ona dərin təəssürat hissi bağışladığını vurğuladı və ölkəmizdə çox böyük qonaqpərvərliyin şahidi olduğunu bildirdi.

Səfir Marianxeles Belluşi iqtisadi–ticari əlaqələrin genişlənməsi və bu baxımdan əməkdaşlığın səhiyyə, texnologiyalar, kənd təsərrüfatı və digər yeni sahələrinin müəyyənləşdirilməsinin vacibliyini qeyd etdi.

Tarix
2022.08.16 / 15:58
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakıdan Rusiyaya: Bunu gözləyirik!

Zaxarova: İbrahimov Rusiya vətəndaşlığından məhrum edildi

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

Prezidentlər mühüm iclasda iştirak etdi

Ərsin Tatara Fəxri doktor diplomu təqdim edildi

Rusiyadan dəhliz açıqlaması: Bakının da maraqlarına uyğundur

Prezident tapşırığı: Müşavirə keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla