Yuxarı

Bülbüloğlu ölkəmizin mövqeyini Rusiyaya çatdırdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:07

Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb. Görüşdə həmçinin iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının növbəti iclası, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Rusiyada tədbirlərin keçirilməsi ilə bağlı məsələləri müzakirə edib.

Azərbaycanın Rusiyadakı səfirliyindən Axar.az-a bildirilib ki, görüşdə M.Qaluzin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun fevralın 27-28-də Bakıya səfəri zamanı göstərilən qonaqpərvərliyə və keçirilmiş dolğun, məhsuldar görüşlərə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib.

Söhbət zamanı əməkdaşlığın vəziyyəti və perspektivləri, iki ölkənin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr, iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının növbəti iclasının, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbirlərin keçirilməsinə dair müzakirələr aparılıb.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə səfir Polad Bülbüloğlu gündəlikdə olan və ölkəmizin maraqlarına cavab verən məsələləri qaldırıb, onlarla bağlı Azərbaycanın mövqeyini nazir müavininin diqqətinə çatdırıb.

Bundan əlavə, bir sıra aktual beynəlxalq və regional məsələlərə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması perspektivlərinə də toxunulub.

Tarix
2023.03.31 / 21:29
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

Prezidentlər mühüm iclasda iştirak etdi

Ərsin Tatara Fəxri doktor diplomu təqdim edildi

Rusiyadan dəhliz açıqlaması: Bakının da maraqlarına uyğundur

Prezident tapşırığı: Müşavirə keçirildi

Cənubi Qafqazda yeni dövr - Kreml çarəsizdir

Rusiyadan Bakıya çağırış

Azay Quliyev ATƏT PA-nın komitə sədri seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla