Yuxarı

İran qorxdu: İsraili başqa savaşa çəkməyin! - VP

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran qorxdu: İsraili başqa savaşa çəkməyin! - VP

ABŞ-la birbaşa qarşıdurmaya təhrik edilməkdən ehtiyat edən İran xüsusi olaraq Hizbullahı və Yaxın Şərqdəki digər silahlı hərəkatları bölgədəki Amerika qüvvələrinə qarşı təmkinli olmağa çağırıb.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

“ABŞ qüvvələri bu ay Yəmən, Suriya və İraqda İranın dəstəklədiyi qruplaşmalara zərbələr endirdikdə, Tehran açıq şəkildə ordusunun istənilən təhlükəyə cavab verməyə hazır olduğunu bildirdi. Ancaq Livan və İraqın danışıqlar haqda məlumatlı məmurlarının sözlərinə görə, yüksəkçinli liderlər ehtiyatlı olmağa çağırır”, - məqalədə bildirilib.

Vurğulanıb ki, İraq şiə qruplaşması Kətaib Hizbullah üç amerikalı hərbçinin ölümü ilə nəticələnən hücumun məsuliyyətini üzərinə götürdükdən bir neçə gün sonra İran hərbi komandiri yanvar ayında Bağdada gedib və hərəkat liderlərindən Amerika obyektlərinə hücumları dayandırdıqlarını elan edən bəyanatla çıxış etməyi tələb edib. İraqlı bir rəsmi qəzetə bildirib ki, liderlər buna könülsüz razılaşıblar.

Hizbullah hərəkatındakı mənbə qəzetə deyib ki, fevral ayında Livanda keçirilən toplantıda İran rəsmiləri hərəkat üzvlərinə İsrailin Baş naziri Binyamin Netanyahuya Livan və ya başqa bir yerdə daha geniş müharibəyə başlamaq üçün səbəb verməkdə maraqlı olmadıqlarını izah ediblər.

Tarix
2024.02.18 / 13:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb

İlham Əliyev Filippin prezidentinə məktub ünvanladı

İlham Əliyev Putini təbrik etdi

Milli Məclisin növbəti iclası başladı

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

Azərbaycan XİN Filippini təbrik etdi

Azərbaycanla daha bir ölkə arasında məsləhətləşmələr keçirildi

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Edi Rama İlham Əliyevi təbrik etdi

Əli Əsədov Özbəkistana səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla