Yuxarı

Makron ssenarisi: Bakının cavabı Ermənistanı parçalayacaq!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın Parisə səfəri, Makronla görüşdə verilən açıqlamalar, ardınca Fransa müdafiə nazirinin İrəvana gəlişi və imzalanan hərbi əməkdaşlıq müqavilələrinin mahiyyəti bölgədə sülhə qarşı təhlükəli planların hazırlanmasından xəbər verir.

Bunu Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal deyib.

Politoloq hesab edir ki, Ermənistan Fransanın təşəbbüsü ilə sülh prosesinin indiyə qədər mövcud olan gündəliyini sıfırlamaq niyyətindədir:

“Nikol Paşinyanın Parisdə verdiyi açıqlamalar da bu yöndə idi. Sülh gündəliyinin sıfırlanması, yaxud ən azı arxa plana keçməsi Ermənistana sərhədin delimitasiyası və kommunikasiyanın hansı prinsiplərlə açılmasındakı maraqlarına görə lazımdır. Çünki bu gündəlik dəyişmədən sülh sazişinin müzakirə edilməsi prosesin Bakının tələbləri çərçivəsində irəliləyəcəyini deməyə əsas verir. Buna görə rəsmi İrəvan sülh sazişi üzrə müzakirələrin ən azı təxirə düşməsinə zəmin yaradacaq siyasət yürüdür. Bu məsələdə onun əsas “müəllimi” Fransadır. Əslində Paşinyan Parisə səfərindən öncə sülh sazişi üzrə daha konstruktiv mövqe sərgiləyirdi. Sonuncu dəfə Münhendə Azərbaycan Prezidenti ilə keçirilən görüş də müsbət qiymətləndirilirdi. Lakin Münhen görüşündən sonra Paşinyan Fransaya səfər edir, Makronla görüşür və bir neçə gün öncəki mövqeyinə tamam zidd mövqe sərgiləyir. Bu mövqe dəyişikliyində rəsmi İrəvanın öz maraqları olsa da, onu buna sövq edən və belə demək mümkünsə, arxasında dayanan qüvvə rəsmi Parisdir”.

A.Camal Fransanın niyyətinin mövcud sülh prosesini pozmaq və siyasi-hərbi müstəvidə qarşıdurma yaradaraq, öz maraqlarını təmin etmək olduğunu vurğulayıb.

Politoloqun fikrincə, Fransa həm Rusiyaya, həm də Avropa Birliyi daxilindəki digər oyunçulara qarşı gediş edir:

“Fransanın məqsədi Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu zəiflətmək, mümkün olarsa, tamamilə çıxarmaq və onun yerini doldurmaqdır. Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatların hədəflərindən biri də budur. Hadisələrin inkişafına nəzər yetirdikdə də hər şey aydın olur: Ermənistan Zəngilan istiqamətində təxribat törətdi, Paşinyan Fransaya səfər etdi, ardınca Fransa müdafiə naziri İrəvana gəldi və yeni hərbi əməkdaşlıq sazişləri imzalandı. Aydındır ki, bölgədə miqyasından asılı olmayaraq, müəyyən hərbi toqquşma yaradaraq, Rusiyanın Ermənistanın təhlükəsizliyində heç bir rol oynamadığını göstərirlər. Bundan sonra Fransa prosesə daxil olur və Ermənistanın hərbi sferasına yatırımlar edir. Fransa bu hədəfinə nail olmaq üçün Ermənistan-Azərbaycan sərhədində yeni təxribatların baş verməsi ssenarilərini bundan sonra da təkrarlaya bilər”.

A.Camal bildirib ki, rəsmi Parisin antisülh siyasəti həm də Avropa Birliyinə, belə demək mümkünsə, birbaşa Şarl Mişelin təşəbbüslərinə qarşı da yönəlib:

“Avropada anlayırlar ki, Fransanın Bakı-İrəvan danışıqlarında iştirakı onların öz mövqelərini zəiflədir. Çünki Azərbaycan Ermənistanın mövqeyindən çıxış edən Fransanın prosesdə iştirakını qəbul etmir, bu halda rəsmi Brüssel iki seçim qarşısında qalır: ya Parisin iştirakında israr etməlidir - bu AB-nin özünün oyundankənar vəziyyətə düşməsi ilə nəticələnə bilər; ya da Fransanın iştirakını arxa plana keçirərək, Brüssel formatı üzərində dayanmalı, yaxud yeni oyunçuları dövriyyəyə salmalıdır. Şarl Mişelin Brüssel formatını bərpa etmək istiqamətində telefon trafiki, eyni zamanda, Münhendə görüşün təşkil edilməsi o deməkdir ki, AB Fransaya görə prosesdən kənarda qalmaq niyyətində deyil. Bu, Fransanın həm AB-də aparıcı roluna mənfi təsir edir, həm də Bakı-İrəvan münasibətləri üzərindən Cənubi Qafqazdakı maraqlarını həyata keçirmək strategiyasına ziddir. Buna görə rəsmi Paris Ermənistanı silahlandırmaqla sülh prosesini pozmaq siyasətini həyata keçirir”.

A.Camal hesab edir ki, bu siyasət sülhə qarşı olan hər iki oyunçunun – Fransa və Ermənistanın prosesdən itki ilə çıxması ilə nəticələnə bilər:

“Fransanın öz maraqları naminə AB-nin maraqlarına zidd siyasəti ittifaq daxilində bu ölkəyə qarşı cəbhə yarada bilər, eyni zamanda, Paris Bakının istəyi olmadığı müddətdə Cənubi Qafqazda nəsə etmək imkanı əldə edə bilməyəcək. Fransaya arxalanan Ermənistan isə ən yaxşı halda “dalan ölkə” olaraq qalacaq, lakin bölgədə yeni eskalasiyanın baş verməsi halında Ermənistanın parçalanması kimi daha riskli ssenarilər də istisna edilməməlidir”.

Tarix
2024.02.23 / 21:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Xalid əl-Ənanini qəbul etdi

Fransa əleyhinə aksiya: əsas loqo "Dəmir yumruq" oldu

Daha 3 min rus hərbçisi Qarabağa gətirilir?

İrəvanla Bakı arasında möhkəm və uzunmüddətli sülh...

Qafqazda sülhün təmin edilməsi üçün... - Pronk

Ermənilər Tovuzu atəşə tutdu: Ordumuz cavab verdi

Buna qarşı təcili tədbirlərin görülməsinə ehtiyac var - XİN

Prezidentin nümayəndəsi Sloveniya rəsmiləri ilə görüşdü

Tacikistan prezidenti Azərbaycana gələcək

Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla