Yuxarı

İlham Əliyev Putinə bu faktları dedi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Putinə bu faktları dedi

Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Rusiyanın hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qalıb və idarəetməni tam itirib.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib.

Prezident bildirib ki, bundan sonra təyyarə Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirilib və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bilib.

Dövlət başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.

Qeyd edək ki, Putin bugünkü telefon danışığında İlham Əliyevdən baş verən hadisəyə görə üzr istəyib.

Tarix
2024.12.28 / 16:56
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla