Yuxarı

Kürdə sintetik torlardan qanunsuz istifadə aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti Kür çayının Şirvan şəhəri və Sabirabad rayonu ərazisindən keçən hissəsində növbəti reyd keçirib.

Axar.az ADSEA-ya istinadən xəbər verir ki, reyd zamanı mülki dövriyyəsi qanunla qadağan olunmuş sintetik torlardan və digər balıq ovu vasitələrindən istifadə halları aşkarlanıb. Eyni zamanda, su obyektlərinin çirkləndirilməsi faktlarına da rast gəlinib.

Nəticədə müxtəlif ölçülərdə və ümumi uzunluğu 300 metrdən artıq olan sintetik torlar, eləcə də çoxlu sayda vintil (balıq tutma vasitəsi) su hövzəsindən çıxarılıb və qanunvericiliyə uyğun olaraq zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülüb.

Agentliyin məlumatında qeyd edilir ki, mövcud qanunvericiliyə əsasən, su obyektlərinə istehsalat, təsərrüfat və məişət tullantılarının axıdılması, eləcə də suyun çirklənməsinə səbəb olan digər fəaliyyətlər qadağandır.

“Təəssüf ki, sintetik torların istifadəsi qanunla qadağan edilməsinə baxmayaraq, bəzi şəxslər bu vasitələrdən istifadə etməyə davam edirlər. Bu, su obyektlərinin çirklənməsinə, təbii axım rejiminin pozulmasına və bioloji müxtəlifliyin azalmasına səbəb olur”, - deyə məlumatda bildirilir.

Bundan əlavə, sintetik torlardan istifadənin balıq ehtiyatlarının kütləvi məhvinə və uzunmüddətli ekoloji zərərlərə yol açdığı, suyun axımının dəyişməsi ilə durğun zonaların və çöküntülərin yaranmasına, dib faunasının məhvinə səbəb olduğu qeyd olunub. Torların suvarma sistemlərində boruları və kanalları tıxaması isə hidrotexniki qurğuların fəaliyyətinə mənfi təsir göstərir.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti bu kimi halların qarşısının alınması məqsədilə mütəmadi nəzarət tədbirlərinin davam etdiriləcəyini bəyan edib və vətəndaşlara çağırış edərək, su obyektlərinin çirkləndirilməsi halları ilə rastlaşdıqda qurumun sosial media hesabları vasitəsilə məlumat vermələrini xahiş edib.

Tarix
2025.08.01 / 14:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Qafqazda sülh üçün tarixi fürsət yaratdı - Bəyanat

Tramp Azərbaycanı “İbrahim razılaşması”na cəlb etmək istəyir

Azərbaycana böhtan atanlar siz deyildinizmi? - Ərdoğan

Pərviz Yusifov nazirin müşaviri təyin olundu

Azərbaycanda Qızıl Xaç Komitəsinin fəaliyyəti dayandırılır

Baş nazir İqtisadi Şuranın iclasını keçirdi

Rusiyanın rəsmi şəxslərinin bu davranışları yolverilməzdir!

Bibiheybət təxribatındakı qadınlar İranda kimdən əmr alır?

Bayramov İsrailin yeni səfiri ilə görüşdü

TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla