Yuxarı

Bakı Limanında konteyner dövriyyəsi rekord səviyyəyə çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-iyul aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanı vasitəsilə konteyner dövriyyəsinin həcmi rekord səviyyəyə çatıb.

Axar.az ADY-yə istinadən xəbər verir ki, bu dövrdə Bakı Limanı vasitəsilə aşırılan konteyner həcmi 60 429 TEU təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 54,2% çoxdur. 2024-cü ilin yanvar-iyul aylarında bu göstərici 39 184 TEU ekvivalentinə bərabər olmuşdu.

Regionun ən müasir logistika mərkəzi olan Bakı Limanında müşahidə olunan bu pozitiv dinamikanın ilin sonuna qədər davam edəcəyi və göstəricilərin daha da artaraq 100 min TEU təşkil edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, ölkəmizin tranzit gücünün artırılması məqsədilə Bakı Limanının ADY ilə inteqrasiyasından sonra Limanın illik gücü hər hansı investisiya yatırılmadan qısa müddətdə 100 min TEU-dan 150 min TEU-ya yüksəldilib.

Tarix
2025.08.08 / 18:44
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın media nümayəndələri Ağ Evə gəldi - Video

Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq müzakirə olundu

Çanaqqalada meşə yanğınları başladı: uçuşlar dayandırıldı

Paşinyan Trampın nümayəndəsi ilə görüşdü

İlham Əliyev müharibəni qazandı, indi də... - PA rəsmisi

İlham Əliyev Rumıniya prezidentinə başsağlığı verdi

Hökumə Əliyevaya görə Bakı aeroportunda sükut - Video

Bakı və İrəvan sülh razılaşması imzalayacaq – Ağ Ev

XİN-dən Gürcüstan açıqlaması: Sülh yolu ilə...

Bakı və İrəvan arasında əldə edilən bu irəliləyiş... - Türkiyəli yazar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla