Yuxarı

İlham Əliyev yəhudi icmasını təbrik etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

"Hörmətli həmvətənlər! Sizi yəhudi xalqının yeni il bayramı – Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Tarixən mütərəqqi tolerantlıq ənənələrinin və yüksək birgəyaşayış mədəniyyətinin hökm sürdüyü Azərbaycanda yəhudi icmasının özünəməxsus yeri vardır. Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan yəhudilər yüz illərdir ki, digər xalqların və konfessiyaların nümayəndələri ilə birlikdə əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Müasir dünyamızda Azərbaycan antisemitizmin, ksenofobiya və etnik-dini dözümsüzlüyün mövcud olmadığı nadir məkanlardan biridir.

Mədəni müxtəlifliyin qorunub saxlanılması, etnik azlıqların dil və mədəniyyətinin inkişafı, multikultural dəyərlərin təşviqi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Yəhudiəsilli vətəndaşlarımız ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edir, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin daha da gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə layiqli töhfələr verirlər. Roş ha-Şana yeniliyin, mənəvi saflığın, xeyirxahlıq və həmrəylik duyğularının rəmzidir. Bu əziz gündə bir daha hər birinizə bayram təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram. Bayramınız mübarək olsun!"

Tarix
2025.09.19 / 17:34
Müəllif
Axar.az
Digər xəbərlər

Şərhlərə görə həbslər – Azərbaycan neçənci yerdədir?

Bakı 14 tələbəni Qəzzadan təxliyə etdi - Foto

Simonyan nümayəndə heyəti ilə Bakıya gəlir - İlk dəfə

Bakıdan İrəvana getdi

Bu orden 33 ildir heç kəsə verilməyib: İlham Əliyev alsın!

Türkiyə-Rusiya ittifaqı? - Baxçalının təklifi ölkəni silkələdi

20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir

Ayfon-17-lərin Bakıdakı qiyməti – Tam siyahı

Azərbaycanla strateji addımlar atırıq – İrandan açıqlama

MM-də Dövlət Suverenliyi Günü ilə bağlı konfrans başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla