Yuxarı

Azərbaycanda 4 qəzada 6 nəfər öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 21-də 4 rayonda yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Xəzər rayonunun Qala qəsəbəsində Bakı şəhər sakinləri Rüstəm Əsədovun idarə etdiyi VAZ-2107 və Vasif Əliyevin idarə etdiyi "Ford" markalı avtomobillər toqquşub. Nəticədə R.Əsədov və 3 sərnişini, habelə V.Əliyev və 1 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan R.Əsədov və Zahir Əliyev orada ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Digər hadisə Masallı rayonunun Musaküçə kəndində baş verib.

Şəhər sakini Cəfər Adamzadənin idarə etdiyi "İJ 27175" markalı avtomobillə rayon sakini Xalid Eyvazovun idarə etdiyi motosiklet toqquşub. Nəticədə X.Eyvazov və sərnişini Nizami Hilalov hadisə yerində ölüb, C.Adamzadəyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xızı şəhərində də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Sumqayıt şəhər sakini Sənan Bağırov idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əlmirzə Zeynalovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

İyulun 17-də Suraxanı rayonunun Zığ qəsəbəsində Bakı şəhər sakinləri Niyaməddin Məmmədovun və Bayram Bayramovun idarə etdikləri "Mersedes" markalı avtomobillər toqquşub.

Nəticədə N.Məmmədov və sərnişini, paytaxt sakini Kazım Abbasov xəstəxanaya yerləşdirilib. K.Abbasov iyulun 21-də orada ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Tarix
2016.07.22 / 13:46
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

“Tuşonka-2” əməliyyatı başlayır: İfşalar olacaq - Şahnazaryan

Çin-ABŞ gərginliyi artır: Tramp ilk dəfə “soyuq savaş” dedi…

Sahil Babayev sahibkarları sevindirir – Ekspert alqışladı

Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

Səfirimiz İran xarici işlər nazirinin müavini ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə Xankəndi görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla