Yuxarı

Polad Bülbüloğlu hər şeyi bu cür satdı... - Kamil Şahverdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polad Bülbüloğlu hər şeyi bu cür satdı... - Kamil Şahverdi

“Azərkinovideo” İstehsalat Birliyi 1989-cu ildə Mədəniyyət Nazirliyinin tərkibində yaradılıb. Qurum bundan əvvəl mövcud olan Dövlət Kinematoqrafiya Komitəsinin vəzifələrini yerinə yetirib.

Bu sözləri Axar.az-a açıqlamasında tanınmış jurnalist, Rəşid Behbudov Fondunun rəhbəri Kamil Şahverdi Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmovun onun statusuna reaksiyasına cavab olaraq bildirib.

O qeyd edib ki, M.Hətəmov “1990-2001-ci illərdə” vurğusu ilə məsələni fərqli tarixə aparıb:

“Mən heç də Polad Bülbüloğlunun qanunsuzluqları 1990-2001-ci illərdə həyata keçirdiyini deməmişəm. Polad Bülbüloğlu 1988-ci ildə mədəniyyət naziri təyin olunub, 1989-cu ildə isə nazirliyin tərkibində “Azərkinovideo” İstehsalat Birliyi yaradılıb. Balansındakı qurumlar bunlar idi: “Azərbaycanfilm”, “Salnamə”, “Azanfilm”, “Debüt”, “Mozalan”, “Dublyaj”, “Videokino” studiyaları, kinoteatrlar, videozallar, videokirayə məntəqələri, Dövlət Kinofilm Fondu, “Kino” qəzeti, “Şüa” kooperativi, “Fortuna” kiçik dövlət müəssisəsi, Abşeron rayon kino-video idarəsi, Bakı şəhər təsərrüfathesablı video birliyi, “Sinema” kiçik dövlət müəssisəsi, Bakı şəhər təsərrüfathesablı təmir-tikinti sahəsi, şəhər və rayon kino-video birlikləri.

Birlik 1991-ci ildə Mədəniyyət Nazirliyinin balansından çıxarılaraq müstəqil fəaliyyət göstərib. Müəssisənin direktorları: Qəhrəman Hümbətov (1991), F.Quliyev (1991-1992), Oktay Mir-Qasım (1992-2001).

“Azərkinovideo” İstehsalat Birliyi 19 aprel 2001-ci il tarixdə ləğv olunub və yenidən Mədəniyyət Nazirliyinin tərkibində kino idarəsi yaradılıb. “Azərkinovideo” İB-nin bütün əmlakı, strukturları nazirliyin balansına keçirilib.

Polad Bülbüloğlu 26 dekabr 1988-ci ildən 30 yanvar 2006-cı ilə qədər mədəniyyət naziri olub. Qeyd olunmalıdır ki, “Azərkinovideo” ləğv olunanda bütün əmlak, avadanlıq, binalar, qurumlar hamısı yerində idi. Dava da elə bu əmlakın, binaların, avadanlıqların, kinoteatrların davası idi. Nəhayət ki, o dövrdə mədəniyyət naziri olan P.Bülbüloğlu Ramiz Mehdiyevin dəstəyi ilə “Azərkinovideo” İB-nin ləğvinə nail oldu və kino ilə bağlı bütün əmlak, avadanlıq, inventar, strukturlar nazirliyin balansına keçdi. Bundan sonra isə hər şey satıldı, dağıdıldı, məhv edildi. Kinomuz da elə o vaxtdan hələ də özünə gələ bilmir”.

O vurğulayıb ki, Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmovun P.Bülbüloğlunun müdafiəsinə hansı səbəbdən qalxmasını bilir və bunu təbii qəbul edir:

“Ancaq içtimaiyyətə, mətbuata yanlış məlumat verməyin yolverilməz olduğunu da hörmətli Müşfiq bəyə xatırlatmaq istəyirəm. 1989-cu ildə Dövlət Kinematoqrafiya Komitəsi ləğv edilərək Mədəniyyət Nazirliyinin tərkibində “Azərkinovideo” İB yaradıldı. Mədəniyyət naziri Polad Bülbüloğlu idi. 1991-ci ildən müstəqil qurum kimi fəaliyyət göstərən “Azərkinovideo” 2001-ci ildə ləğv edildi və yenidən kino Mədəniyyət Nazirliyinin tərkibinə keçdi. 2001-ci ildə Polad Bülbüloğlu hələ də nazir idi və 2006-cı ilə qədər bu vəzifəni icra edirdi. Bu halda kinonun Polad Bülbüloğlunun tabeçiliyində olmadığını demək doğrudurmu?

Əgər kinomuzu yenidən dirçəltmək istəyiriksə, onda gəlin həqiqətin üzünə dik baxaq. Baş verənləri ört-basdır etmək çıxış yolu deyil. Olanlara qiymət verək ki, bir daha təkrarlanmasın”.

Tarix
2025.11.13 / 20:06
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Pakistanın federal ombudsmanı ilə görüşdü

İlham Əliyev “o məmurlar” deyəndə kimlərə işarə etdi?

Naxçıvanın “bağışlanan” ərazisi qayıda bilər? - “Qeyri-adi” proses...

Simonyandan Qarabağ açıqlaması: İki nəfər bərk qorxur

Prezident: Xəzər dənizi tarixi əməkdaşlığın rəmzidir

Zəngəzur dəhlizinin açılması... - Prezident

İlham Əliyev Özbəkistan mediasına müsahibə verdi

Ermənistandan Azərbaycana qarşı təcavüzkar müharibə...

Qəzadan sonra ərazidə yalnız bu ölkənin helikopteri olub...

Bütün hərbçilərin nəşi tapıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla