Yuxarı

AZAL-ın təyyarələrində multimedia əyləncə sistemi yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL-ın təyyarələrində multimedia əyləncə sistemi yeniləndi

Azərbaycanın milli aviadaşıyıcısı AZAL göstərdiyi xidmətləri təkmilləşdirmək məqsədilə təyyarələrində yenilənmiş multimedia əyləncə sistemini istifadəyə verib.

Axar.az xəbər verir ki, yenilənmiş platforma hər bir uçuşu komfortlu səyahətlə yanaşı, həm də Azərbaycan və dünya mədəniyyətini əhatə edən maraqlı macəraya çevirir.

Sərnişinlər Hollivudun ən son filmlərindən tutmuş, dünya kinematoqrafiyasının məşhur ekran əsərlərinə qədər geniş film kataloqundan yararlana bilərlər. Filmlərə Azərbaycan dilində altyazıların əlavə edilməsi məzmunun daha əlçatan olmasına xidmət edir.

Platformada milli filmlərə də xüsusi yer ayrılıb. Azərbaycan rejissorlarının bədii və sənədli filmləri sərnişinlərə ölkənin mədəniyyətini, tarixini və müasir həyat tərzini yaxından tanımaq imkanı yaradır.

AZAL sərnişinlərinə maksimum rahatlıq təqdim etmək və onları yeni kəşflərə ruhlandırmaq missiyasına daima sadiq qalır.

AZAL ilə səyahət edərkən siz həm şəhər və ölkələri, həm də dünya kinosunun ən parlaq nümunələrini və Azərbaycan sənətinin incilərini kəşf edirsiniz.

AZAL-ın uçuş cədvəli və digər xidmətləri haqqında aviaşirkətin rəsmi saytımobil tətbiqi vasitəsilə ətraflı məlumat əldə edə bilərsiniz.

Tarix
2025.12.02 / 12:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla dialoq halında Ermənistanla... - Ərdoğan

Hazırkı amnistiya 7-ci və ən böyüyüdür

Arakçının Bakı səfərindən sonra İranın Zəngəzur açıqlaması...

Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır

Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi

Azərbaycanlı senator axtarışa verildi

Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır

Milli Məclis bu memorandumu ratifikasiya etdi

İlham Əliyev Bəhreynin Kralını təbrik etdi

Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla