Yuxarı

Bu gün Azərbaycanda magistraturaya qəbul imtahanı başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün Azərbaycanda magistraturaya qəbul imtahanı başlayır

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirir.

Komissiyadan "Axar.az"a verilən məlumata görə, imtahan respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan mərkəzində aparılır.

İmtahanda iştirak etmək üçün 24560 (ötən il 21623) bakalavr ərizə təqdim edib. Onlardan 21874 nəfəri Azərbaycan bölməsi, 2686 nəfəri rus bölməsi üzrə sənəd verib. Ərizə verənlərin 11553 nəfəri oğlan, 13007 nəfəri isə qızlardır. Bakalavrlardan 12540 nəfəri cari ilin məzunları, 12020 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 73 nəfər xarici ölkə vətəndaşıdır. İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1961-ci il təvəllüdlü, ən gənc isə 1995-ci il təvəllüdlüdür.

Qəbul imtahanı Bakı şəhərində 30, Naxçıvan şəhərində 2, Gəncə şəhərində 4, Mingəçevir şəhərində 1, Şəki şəhərində 1, Lənkəran şəhərində 1 binada təşkil olunur. Bakıda 19666, Naxçıvanda 688, Gəncədə 2366, Mingəçevirdə 618, Şəkidə 609, Lənkəranda isə 613 bakalavrın imtahan verəcəyi gözlənilir.

İmtahanın idarə olunmasına 171 imtahan rəhbəri, 1856 nəzarətçi-müəllim cəlb edilib.

İmtahanda sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni üzrə 25 test tapşırığı təqdim olunur.

Mayın 1-5-də magistraturaya proqram seçimi keçiriləcək.Magistraturaya qəbul imtahanının ikinci mərhələsi mayın 25-də olacaq. magistraturaya ixtisaslaşma seçimi isə 29 may-1 iyun tarixlərində olacaq.

Tarix
2014.03.02 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlər... - Prezident

İlham Əliyev Fransanın yeni səfirini qəbul etdi

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok

Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla