Yuxarı

AAYDA-nın yeni sədri kollektivə təqdim edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AAYDA-nın yeni sədri kollektivə təqdim edildi - Foto

Bu gün Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov dövlət başçısının ötən gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri təyin etdiyi Vüsal Nəsirlini qurumun kollektivinə təqdim edib.

Axar.az xəbər verir ki, təqdimat zamanı N.Əmirov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı islahatların bütün sahələri əhatə etdiyini, yol infrastrukturu sahəsində əldə olunan nəticələrin isə xüsusi əhəmiyyət daşıdığını bildirib.

O, Agentliyin fəaliyyətinin dövlət başçısının daim diqqətində olduğunu vurğulayaraq, qurumun qarşısında duran əsas vəzifələr və bu istiqamətdə verilən tapşırıqlar barədə məlumat verib, bu tapşırıqların uğurla icra olunacağına əminliyini ifadə edib və yeni təyin olunmuş sədrə, eləcə də kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.

V.Nəsirli ona göstərilən etimadı yüksək qiymətləndirib, yol təsərrüfatının inkişafı, infrastruktur layihələrinin keyfiyyətinin artırılması və bu sahədə islahatların davam etdirilməsi istiqamətində qarşıya qoyulan hədəflərin layiqli həyata keçirilməsi üçün bütün səyləri göstərəcəyini bildirib.

Tarix
2026.02.07 / 14:31
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin tapşırığı: İrana humanitar yardım yola salınır - Foto

Prezidentdən İran açıqlaması: Yanında olmağa davam edəcəyik

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla