Yuxarı

WUF13-ə hazırlıq: maşınların hərəkəti monitorinq ediləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
WUF13-ə hazırlıq: maşınların hərəkəti monitorinq ediləcək

17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə müəyyən edilmiş marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək.

Axar.az xəbər verir ki, bununla əlaqədar, WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə həyata keçiriləcək monitorinq çərçivəsində aprelin 11-dən 12-nə keçən gecə saat 01:30–03:30 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti tənzimləmələr həyata keçiriləcək.

Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyeva küçəsi, eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər mərkəzi istiqamətlərində hərəkət edən ekspress avtobus marşrutu fəaliyyətinə normal qaydada, maneəsiz davam edəcək.

WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi son on il ərzində Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunub və uğurla həyata keçirilib.

Tarix
2026.04.10 / 14:25
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə müharibəyə başlayır: 2040-dan tam qadağan ediləcək

Bakı ilə bütün məsələlər həll olunmayıb... - Mirzoyan

Danışıqlar vaxt qazanma taktikasıdır - Ağar

Erməni nümayəndə heyəti Azərbaycana gəldi - Foto

İranın “1 dollar” arzusu: buna imkan verilməyəcək!

Milli Məclisin iclası başladı

İranın tələbi rədd ediləcək, İsrail dayanmayacaq - Ekspert

ABŞ hədəfinə çatmadı, müharibə davam edəcək - Politoloq

Azərbaycan, Rusiya və Gürcüstan... - Paşinyan

Azərbaycan və Pakistan XİN başçıları danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla