Yuxarı

Bakıda 4 partlamamış sursat tapıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda 4 partlamamış sursat tapıldı - Foto

Paytaxtda 4 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Axar.az-a verilən məlumata görə, Nərimanov rayonunun, Müzzəfər Nərimanov küçəsində yerləşən Şampan zavodunun metal qəbulu məntəqəsinin ərazisindən 3 ədəd partlamamış hərbi sursat ( 2 ədəd 100 mm-lik top mərmisi - BR412 və 1 ədəd 152 mm-lik top mərmisi - OF540 ) və 1 ədəd 100 mm-lik top mərmisinin gilizi (boş) aşkar edilərək götürülüb, nəticə etibarilə 1 000 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən 7 aprel – 24 dekabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirilib, 4 061 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 46 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Tarix
2016.12.24 / 19:50
Müəllif
Axar.az
Digər xəbərlər

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla