Yuxarı

Astara, Bakı və Saatlıda yanğın olub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşam saatlarında respublika ərazisində bir neçə yanğın hadisəsi baş verib.

"Axar.az" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına xəbər verir ki, Astara şəhərində üçmərtəbəli inzibati binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 10 kv.m olan təsərrüfat otağında yanğın baş verib. Nəticədə, otağın pəncərə çərçivəsi 1 kv.m sahədə və təsərrüfat malları qismən yanıb. İnzibati bina yanğından mühafizə olunub.

Bundan başqa, Bakının Xəzər rayonunda vətəndaşa məxsus istixananın ərazisində ümumi sahəsi 300 kv.m olan qazanxanada baş vermiş yanğın nəticəsində, qazanxananın dam örtüyü 60 kv.m sahədə yanıb. Qazanxananın qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Saatlı rayonu, Qara Nuru kəndində (rayon mərkəzindən 27 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan birmərtəbəli 1 otaqlı evdə baş verib. Nəticədə, evin yanar konstruksiyaları 37 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tarix
2014.04.01 / 23:17
Müəllif
Axar.az
Digər xəbərlər

"Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirildi

Qarabağ bərpa və inkişaf meydançasıdır - Ərdoğan

Ərdoğan Əliyevə və xanımına təşəkkür etdi

Ərdoğan “Qarabağa məktub” şeirini səsləndirdi

Türkiyə ilə münasibətlərimizi ən yüksək zirvəyə qaldıran hadisə...

Qarabağ məsələsində də onunla çiyin-çiyinə idik... - Əliyev

Azərbaycan hər zaman Türkiyənin yanında olub...

Azərbaycan xalqı 6 fevral faciəsini öz faciəsi kimi qəbul etdi

Yerliqayadan “Azərbaycan məhəlləsi” ilə bağlı açıqlama

İlham Əliyevlə Ərdoğan görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla