Yuxarı

İl boyu içki içib, Ramazanda oruc tutmaq olar?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq müqəddəs Ramazan ayını yaşayırıq. Məlumdur ki, şəriətdə bu ayda insanlara günün müəyyən saatlarında yemək-içməkdən imtina etmək buyurulur.

Axar.az xəbər verir ki, müqəddəs ayın təqviminin açıqlanması ilə ənənəvi müzakirələrə də start verilib. Müzakirəyə çıxarılan məsələlərdən biri də başqa vaxtlarda spirtli içki içən birinin Ramazan ayında oruc tutması ilə bağlıdır. Ümumiyyətlə, belə insanlar oruc tuta bilərmi?

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Modern.az-a açıqlamasında bildirib ki, içki içməsindən asılı olmayaraq, oruc tutmaq bütün müsəlmanlara vacibdir:

“Müsəlman olan şəxs oruc tutmalıdır, bu ona vacibdir. İçki içirsə, günah edirsə, bunun cəzası öz yerindədir. Amma oruc tutmaq dini vəzifədir. Müqəddəs Qurani-Kərim kitabında da qeyd edilib ki, içki, şərab günah əməldir və haramdır. Bundan çəkinmək lazımdır. İnsanın içkidən çəkinməsi onun Allah qarşısında dini vəzifəsidir”.

İlahiyyatçı içki içənlərin bir ay da olsa, bu əməldən uzaqlaşmasını müsbət addım kimi qiymətləndirib:

“Ramazan ayında da içki içilsəydi necə olacaqdı? Tutaq ki, insan Ramazan ayından öncə də, sonra da içir, amma bir aylıq Allah üçün bu əməldən uzaqlaşarsa, sonra yavaş-yavaş içkini tərk edə bilər. Hər halda içkinin günahı öz yerində qalır. Lakin bir ay Allaha sayğı əlaməti olaraq oruc tutmaq insanı hansısa bəyənilməyən əməllərdən uzaqlaşdıra bilər”.

İlahiyyatçı Elşad Miri isə qeyd edib ki, həmin insanların ibadət etməsi öz xeyirlərinədir:

“Kim hansı günah edirsə, öz boynunadır. Eyni zamanda ibadət edirsə, bu da onun xeyrinədir. Sadəcə olaraq bir insan Ramazan ayını elə keçirməlidir ki, mənfi vərdişlərindən təmizlənə bilsin. Bu da digər 11 aya sirayət etsin. Digər aylarda içki içib yalnız Ramazanda bundan uzaqlaşmaq düzgün deyil”.

Tarix
2017.05.27 / 22:18
Müəllif
Axar.az
Digər xəbərlər

Qeyri-ruslara hücum: Rusiya nədən “qəzəblənib”?

Rusiyanın Yekaterinburq terrorunda məqsədi məlum oldu

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Rusiya altı azərbaycanlını həbs etdi

Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi

Azərbaycanda böyük narazılıq var... - Markov

Rusiyanın Azərbaycanda bütün tədbirləri ləğv edildi

İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik

Yekaterinburq zorakılığı: Həmyerlimiz həbs edildi

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla