Yuxarı

Meşədə narkotik plantasiyası salan şəxs tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Meşədə narkotik plantasiyası salan şəxs tutuldu

Ağdaş rayonunda narkotik bitkilərin qanunsuz əkilib-becərilməsi ilə məşğul olan şəxs saxlanılıb.

APA-nın xəbərinə görə, rayonun Ağzıbir kənd sakini, 1975-ci il təvəllüdlü Şahmuradov Cabir Hidayət oğlunun yaşadığı kəndin ərazisindəki meşə sahəsində narkotik tərkibli çətənə kolları yetişdirdiyi müəyyən edilib.

Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Cabir Şahmuradov meşə ərazisində xüsusi aqrotexniki qayda ilə yetişdirdiyi çətənə kollarına qulluq edərkən iş başında yaxalanıb. Əraziyə baxış zamanı oradan hündürlüyü 2 metr, sayı 260 ədəd və çəkisi 423 kiloqram olan çətənə kolu aşkar edilib. Polis əməkdaşları bitkiləri kökündən çıxararaq maddi sübut kimi götürüblər. O, çətənə toxumlarını tapdığını və meşə sahəsinin ortasındakı boş ərazini kol-kosdan təmizləyərək orada narkotik plantasiyası saldığını etiraf edib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Tarix
2017.07.16 / 17:36
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlik bu universiteti cərimələdi

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla