Yuxarı

Prokurorluq bugünkü dəhşətli qəza ilə bağlı məlumat yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prokurorluq bugünkü dəhşətli qəza ilə bağlı məlumat yaydı

Sabunçu rayonu ərazisində baş verən avtobus qəzası ilə bağlı Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başladılıb.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Bakı Baş Polis İdarəsi birgə bəyanat yayıb.

Məlumata əsasən, 4 nəfərin vəziyyəti ağır olduğuna görə xəstəxanaya yerləşdirilib:

"İyunun 5-də saat 10 radələrində paytaxtın Nizami rayonu ərazisində Əliyev Elnur İlqar oğlunun idarə etdiyi 1 saylı marşrut xətti üzrə hərəkətdə olan "Daewoo" markalı sərnişin avtobusu Əliyev Elnur Elman oğlunun idarə etdiyi 36 saylı marşrut xətti uzrə hərəkətdə olan "İsuzu" markalı sərnişin avtobusu və Həsənov Müşviq Zaur oğlunun idarə etdiyi VAZ 2107 markalı avtomobil toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 36 saylı sərnişin avtobusunun sürücüsü Elnur Əliyev, həmin avtobusun sərnişinləri Tural Mehdiyev, Güloğlan Sultanov, Mirhəsən Babayev, Nail Mahmudov, Qurban Dəmirçiyev, Rasim Qəhrəmanov, Sehran Həsənova, Yeganə Bağırova və Əli Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Zərərçəkmişlərdən E.Əliyev, T.Mehdiyev, G.Sultanov və M.Babayev aldığı xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilmiş, digərilərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılmışlar. Hazırda iş üzrə istintaq davam etdirilir".

Faktla bağlı Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilir.

Tarix
2014.06.05 / 17:24
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Almaniya Bakı-İrəvan əməkdaşlığını alqışlayır

Xələfov Pakistan XİN rəhbəri ilə görüşdü

Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi

Bayramov BƏƏ-nin XİN başçısı ilə danışdı

Prezident yeni səfirləri qəbul etdi - Foto

Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?

Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür

Azərbaycan İranı əmin etdi: Hava məkanımız...

Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat

Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla