Yuxarı

İnsanı xoşbəxt edən 8 addım

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnsanı xoşbəxt edən 8 addım

Axar.az uğurlu və xoşbəxt insanların çoxlarına bəsit görünən kiçik sirlərini təqdim edir.

1.Keçmiş

Keçmişi dəyişdirə bilməzsiniz, buna görə də keçmişə ilişib qalmayın. Səhvlərinizdən nəticə çıxarın və yalnız irəli baxın.

2. Nəzarət edə bilmədikləriniz

Ümumiyyətlə, müvəffəqiyyətli insanlar problemlərdən deyil, həllərdən danışır. Əgər hər hansı bir problem baş veribsə, həmin problemi düşünmək əvəzinə onu necə həll etməyin yollarını düşünün. Yox əgər baş verənlər sizin nəzarətinizdə deyilsə və dəyişdirə bilmirsinizsə onları öz axarına buraxın.

3. Digər insanların fikirləri

Başqa insanları dinləmək hər zaman lazımdır, lakin bu onların fikirlərinə görə hərəkət etməlisiniz demək deyil. Əgər davamlı olaraq ətrafdakıların nə düşünəcəyini fikirləşərək hərəkət etsəniz, bu sizdə daha çox narahatlıq yaradacaq.

4. Səbrsizlik

Səbrli olmaq kiçik, amma daha arxayın və diqqətli addımlamağınıza kömək edəcəkdir. Və bir şeyi qəbul etməlisiniz ki, hər hansı bir işdən ani və çox tez nəticə gözləmək əvəzinə səbrli olmalı və bəzi şeylərin baş verməsi üçün onun zamanını gözləməlisiniz

5. Şübhə

Müvəffəqiyyətli insanlar hər zaman özlərinə inanırlar. Buna görə də qarşılarına çıxan problemlərə də müsbət tərəfdən yanaşmağa çalışırlar. Və unutmayın ki, daim şübhə içində olmaq əvəzinə inamlı olmaq hər zaman qazandırır.

6. Lazımsız tapşırıqlar

Müvəffəqiyyətli insanlar "yox" deməyi bacaran insanlardır. Nəzərə almaq lazımdır ki, həmişə hər işin öhdəsindən gəlməyə çalışıb hamını razı salmaq mümkün deyil. Buna görə də sizin üçün vacib olan işlərə diqqət ayırın, digərlərinə isə "yox" deməkdən çəkinməyin.

7. Kiçik xəyal qırıqlıqları

Pis anlar keçib gedər, bəzi hadisələr sizi stressə də sala bilər, amma bütün bunların bütöv gününüzə təsir etməsinə icazə verməyin.

8. Qorxular

Bir neçə dəfə uğursuzluğa məruz qalmaq, başqaları tərəfindən mühakimə olunmaq və ya rədd cavabı almaq qorxusu ilə risk etmərik. Nəzərə alın ki, risk etmək həyatın bir hissəsidir və uğurlu insanlar qorxularına qalib gəlib risk edə bilən insanlardır.

Tarix
2014.06.25 / 09:04
Müəllif
Günel Bədəlova
Digər xəbərlər

Bayramov Pakistanın federal ombudsmanı ilə görüşdü

İlham Əliyev “o məmurlar” deyəndə kimlərə işarə etdi?

Naxçıvanın “bağışlanan” ərazisi qayıda bilər? - “Qeyri-adi” proses...

Simonyandan Qarabağ açıqlaması: İki nəfər bərk qorxur

Prezident: Xəzər dənizi tarixi əməkdaşlığın rəmzidir

Zəngəzur dəhlizinin açılması... - Prezident

İlham Əliyev Özbəkistan mediasına müsahibə verdi

Ermənistandan Azərbaycana qarşı təcavüzkar müharibə...

Qəzadan sonra ərazidə yalnız bu ölkənin helikopteri olub...

Bütün hərbçilərin nəşi tapıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla