Yuxarı

750 manata işıq pulundan birdəfəlik azad olun - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çox ölkədə günəş panellərindən istifadə geniş yayılsa da, Azərbaycanda bu panellərə maraq o qədər çox deyil. Halbuki, günəşli günlərin sayı Azərbaycanda çox olduğundan vətəndaşlar birdəfəlik müəyyən vəsaiti ödəməklə evlərini bu enerji ilə uzun müddət təchiz edə bilərlər.

Axar.az Xəzər xəbər-ə istinadən xəbər verir ki, günəş panellərinin qiyməti 50 manatdan başlayır və topladığı enerjiyə görə artır. Ancaq günəş enerjisini elektrik enerjisinə çevirmək üçün təkcə günəş paneli kifayət etmir.

Uzun müddətdir günəş panelləri satışı ilə məşğul olan Vəkil Teymurlu bildirir ki, vətəndaşlar çox az bir vəsaitlə gün ərzində evi 8 saat fasiləsiz elektrik enerjisi ilə təmin edə bilərlər.

24 saat ərzində evi elektrik enerjisi ilə təmin etmək üçün təxminən 750 manat vəsait xərcləmək lazımdır. Bu vəsaiti xərclədikdən sonra isə vətəndaşların elektrik pulu ödəməsinə ehtiyac qalmayacaq.

Sahibkar Vəkil Teymurlu bildirir ki, günəş panellərini Azərbaycan özü istehsal edir. Bu panellər uzun müddət istismar üçün nəzərdə tutulur. Ancaq panellərin topladığı enerjini elektrik enerjisinə çevirən cihazlar daha çox Çindən və Türkiyədən idxal olunur.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən verilən məlumata görə, hazırda evləri normal elektrik enerjisi ilə təmin etmək üçün vətəndaşlar ən azı 400 manatlarından keçməlidirlər. Xüsusən payız və qış aylarında Azərbaycanda günəşli hava az olduğundan günəş panellərinə də maraq az olur.

Tarix
2017.11.03 / 01:09
Müəllif
Axar.az
Digər xəbərlər

Baxçalının Şah İsmayılla bağlı sözlərə son qoyan çıxışı - Video

Bakıda İƏT-ə üzv ölkələrin toplantısı keçiriləcək

Bakıda Türkiyə və Suriya rəsmiləri ilə görüşən İsrail generalı...

Putinlə Trampın telefon danışığı 2 saatdan çox davam etdi

İşxanyanın döyüşlərdə iştirakı ilə bağlı video yayıldı

Sahibə Qafarova İspaniya Senatının sədri ilə görüşdü

Devos heç zaman deməyib ki, Azadı agent kimi... - Rayan

Zakir Həsənov İsrailin müdafiə naziri ilə görüşdü

Azərbaycan və Oman arasında məsləhətləşmələr keçirildi

Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla