Naxçıvanda fəaliyyət göstərən türk liseyləri də
bağlanıb.
Naxçıvan
Muxtar Respublikasında (MR) fəaliyyət göstərən üç Gülən məktəbi -
Naxçıvan Türk Liseyi, Şərur Türk Liseyi və Ordubad Qız Liseyi
fəaliyyətini dayandırıb.
Muxtar respublikanın Təhsil Nazirliyindən liseylərə gələn
komissiyalar eyni ilə Bakıda və digər rayonlarda olduğu kimi
Naxçıvandakı bu təhsil ocaqlarının da bağlanacağını deyiblər.
Liseylərə fəaliyyətlərinə hüquqi müstəvidə də xitam vermək üçün
avqust ayının 15-dək vaxt verilib.
Xatırladaq ki, Naxçıvandan başqa Azərbaycan Dövlət Neft
Şirkətinin nəzdindəki Beynəlxalq Təhsil Kompleksinin tərkibinə
daxil olan və daha çox "Fətullah Gülən məktəbləri" kimi tanınan 11
lisey - Ağdaş liseyi, Bakı liseyi, Dədə Qorqud liseyi, Qafqaz
gimnaziyası, Gəncə liseyi, Quba liseyi, Lənkəran liseyi, Mingəçevir
liseyi, Sumqayıt liseyi, Şəki liseyi və Şirvan liseyi ötən ay
bağlanmışdı.
Naxçıvandakı liseylər isə Beynəlxalq Təhsil Kompleksinin
tərkibinə daxil deyildi. Buna görə də onların bağlanmayacağı
gözlənilirdi. Lakin Naxçıvan MR Təhsil Nazirliyi və "Zaman öyrətim"
təhsil şirkəti nəzdində fəaliyyət göstərən bu üç liseyin də
bağlanmasına qərar verilib.
Virtualaz.org