Yuxarı

“Kontakt Home” müştərini aldatdı - Araşdırma aparılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kontakt Home” elektron mağazasından qızıl zəmanətlə 128 gb Ayfon 7 plus alan vətəndaş Fərəcova Firuzə aldadılıb.

Bu barədə məlumatı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov qeyd edib. O həmçinin bildirib ki, Fərəcova Firuzə ötən ilin sentyabrında 18 aylıq kreditlə aldığı telefonunda qüsurlar aşkar edib:

“Fərəcova Firuzə Nəsimi rayonu, Azadlıq prospekti ev 33 ünvanında yerləşən Əlizadə Daşqın Fərrux oğluna məxsus “Kontakt Home”dan aldığı 1640 manatlıq telefona ilkin olaraq 404 AZN ödəyib. Lakin telefon alındığı gündən video izləyərkən kadrları 50 dəfəyə qədər geriyə atıb. Telefon sahibi mağazanın Vüqar adlı satıcısına yaxınlaşaraq problemi izah edib. Satıcı isə akkount yazılmalı olduğunu bildirərək, proqramı yazıb. Lakin həmin gün axşam müştəri yenidən həmin problemlə qarşılaşıb. Satıcı bu dəfə onu “Servis Link” texniki servis mərkəzinə göndərib. Servis əməkdaşına şikayətlər bildirildikdən sonra cihazı diaqnostikaya göndəriblər və bildiriblər ki, istehsal qüsuru var. Lakin bu dəfə də problem həll olmayıb və digər bir problem, batareyanın yükləmə dərəcəsini pis saxlaması və tez bitməsi aşkar olunub.

Xanım yenidən “Kontakt Home” mağazasından kömək etmələrini istəyib. Mağazadan isə xanımı yenidən “Servis Link”ə yollayıblar. Orada isə bildiriblər ki, cihazı açdırıb yoxlamaq lazımdır. Amma problemin yox olacağına söz verməyiblər. Müştəri onların təklifləri ilə razılaşmayaraq, yenidən “Kontakt Home”a yaxınlaşıb. Xanım cihaz normal işləmədiyinə görə Qızıl zamanətdə olan təklifləri tələb edib, lakin aydın olub ki, zəmanət talonunda qeyd olunmuş təkliflərdə telefonu dəyişdirmə, qaytarma maddəsi yoxdur. Yalnız təmir bura daxildir.

Telefonu həmin modelin yenisi ilə əvəzlənməsi isə birinci telefona ödənilən aylıq ödənişlərin ləğv edilməsi və yeni mobil telefonun toplam dəyərin 30%-nin ödəniləcəyi təqdirdə mümkün olduğu bildirilib. Müştəri çarəsiz qalaraq, yenidən cihazı işlədib. Amma xanım zəmanət talonunun kömək etmədiyi üçün onu ləğv etmək qərarına gəlib. Lakin “ABC-Telecom” ofisində işləyən Yusif adlı hüquqşünas, “Kontakt Home”da işləyən Əlizadə Daşqın, Ağa adlı şəxs və “Servis Link”də olan işçilər buna hüquqlarının olmadığını bildiriblər”.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən “Kontakt Home”un əməkdaşları bildiriblər ki, şikayət araşdırılır və yaxın müddətdə mətbuata açıqlama veriləcək.

Tarix
2018.01.08 / 18:06
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Bakı və Quandun limanları arasında əməkdaşlıq müzakirəsi

Bakı və Praqa arasında siyasi məsləhətləşmələr aparıldı

Bayramov Pakistanın XİN rəhbəri ilə danışdı

Nikol və Anna Zəngəzurda: Qarakilsəyə uçdular - Video

İlham Əliyev Şahbaz Şəriflə danışdı

Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…

Azərbaycana keçən ermənilər geri qaytarıldı

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla