
Səhər acqarına şokolad yeyənlərin diqqətinə!
02:18
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Həbsdə olan tanışına ayaqqabının içində narkotik aparmaq istəyən şəxs tutulub.
Axar.az Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, hadisə 12 saylı cəzaçəkmə müəssisəsində baş verib.
Penitensiar xidmət əməkdaşları gətirilən əşyaya baxış zamanı ayaqqabıda narkotik müəyyən edilib.
Belə ki, azadlıqdan məhrum edilmiş məhkum Yaşar Gülağa oğlu Alməmmədova yaxın tanışı Yadigar Əhmədov çəkələyin içərisində xüsusi üsulla hazırlanmış gizli saxlanc yerindən 2 (iki) ədəd sellofana bükülmüş xalis çəkisi 12,161 qram narkotik vasitə olan tiryək gətirib.
Fakt üzrə araşdırma aparılır.
Tarix
2014.07.18 / 12:30
|
Müəllif
Nigar İxtiyarqızı
|