Yuxarı

“Zirvə” kursları nurçularla bağlı deyil

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Zirvə" kursları bir neçə gün bundan əvvəl mediada nurçularla əlaqələri ilə bağlı gedən yazılardan narahatlıq keçirərək saytımızın elektron ünvanına təkzib məktubu göndərib.

"Zirvə" kursları MMC-nin təsisçisi Rahib İbrahimovun Axar.az-a göndərdiyi məktubda bildirilir ki, "Araz" kurslarının bağlanmasından sonra nurçuların "Zirvə" kurslarında fəaliyyətlərini davam etdirmələri kökündən yanlışdır:

"Mediaya ötürülən bu informasiyaların bəzi qüvvələr tərəfindən ortaya atılmış çirkin kampaniyanın tərkib hissəsi olduğunu və bizim hər hansı dini cərəyanla heç bir əlaqəmizin bulunmadığını diqqətinizə çatdırırıq. Məlumat üçün bildirirəm ki, "Zirvə" kursları Azərbaycanda yaranmış, heç bir xarici kreditorlar tərəfindən maliyyələşməyən bir qurumdur. Biz qurum olaraq hazırlıq kurslarının fəaliyyətində hansısa dini faktordan istifadə olunmasını qətiyyətlə inkar edir, dünyəvi dəyərləri mənimsəyir və Azərbaycanın rəsmi təhsil strategiyasına sadiqliyimizi ifadə edirik. Məqsədimiz yalnız və yalnız gələcək nəsillərimizin mütərəqqi dəyərlərlə yetişdirilməsidir. "Araz" kursları həmişə bizimlə rəqabətdə olmuş və heç bir zaman onunla birgə fəaliyyət proqramımız olmamışdır".

Xatırladaq ki, bir müddət öncə "Araz" kurslarının bağlanması ilə nurçuların yeni adlar, o cümlədən "Zirvə" adı altında fəaliyyətlərini genişləndirdikləri barədə məlumat yayılmışdı.

Tarix
2014.07.18 / 17:00
Müəllif
Axar.az
Digər xəbərlər

Kartavıx və Belousovun məhkəmələri keçiriləcək

Rəsmi Bakı Şvıdkoya cavab verdi

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

Prezident tapşırığı: Kredit müqaviləsi imzalandı

Bu türk ölkəsinin səfirliyinin yeni binası açılacaq

Bakıdan gözləmirdik: Nə baş verir? - Moskvadan baxış

Yekaterinburq məhkəməsindən Bakir Səfərovla bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla