Yuxarı

Həştərxan polisindən Ülviyyənin ölümü ilə bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:58

Azərbaycan vətəndaşı, jurnalist Ülviyyə Şamilqızının (Məmmədova) ölümü ilə bağlı Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Həştərxan vilayəti polis idarəsi açıqlama yayıb.

İnformasiyaya əsasən, hadisə yanvarın 23-də, yerli vaxtla saat 18:20-də (Bakı vaxtı ilə saat 19:20-də) vilayətin Trusovsk rayonunda Tambov-Volqoqrad-Həştəxan trasının 1378-ci kilomertliyində olub.

Məlumatda bildirilib ki, 30 yaşlı adı açıqlamayan şəxsin idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil Maqistral küçəsində məşqdən evə dönən 1986-cı il təvəllüdlü Azərbaycan vətəndaşı olan qadını (rəsmi məlumatda ad açıqlanmayıb) vuraraq, öldürüb. İnformasiyaya əsasən, hadisə tənzimlənməyən piyada keçidində baş verib. Şossenin həmin hissəsindən piyadanın keçməsində qayda pozuntusu yoxdur. Orada işıqfor və keçid üçün zolaq qoyulmadığından tənzimlənməyən piyada keçidi adllanır.

Ülviyyə Şamilqızının ölümü ilə nəticələnən faktla bağlı Rusiya Rusiya Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin Həştərxan vilayəti üzrə şöbəsində prosessual yoxlama aparılır.

Ü.Şamilqızının cənazəsi doğulduğu Gəncə şəhərinə aparılaraq orada dəfn olunacaq.

Qeyd edək ki, uzun müddət Azərbaycan mətbuatında fəaliyyət göstərmiş Ülviyyə Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən “Xalq Cəbhəsi” qəzetində, Report İnformasiya Agentliyində çalışıb. O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı.

Jurnalistin atası Şamil Məmmədov 1992-ci ildə Qarabağ döyüşlərində iştirak edərkən itkin düşüb. Sonradan ona şəhid statusu verilib.

Allah rəhmət eləsin!

Tarix
2018.01.24 / 13:25
Müəllif
Axar.az
Digər xəbərlər

Akopyanın Simonyana Qarabağ “cavabı” – Bakı haqlı çıxdı!

Simonyan açıqladı: Yaxın zamanda sülh sazişi ilə bağlı...

Ərdoğan və Şərifin Laçına gəlişi İrəvanda isterika yaratdı

Laçında İlham Əliyevin Şəriflə məhdud tərkibdə görüşü keçirildi

3 lider niyə 28 Mayda və niyə Laçında? – Mühüm mesaj

“Erməni soyqırımı” ilə bağlı şok etiraf: Həqiqət budur! - Video

Əliyev bu xahişi yerinə yetirdi - Kallas alqışladı

Kobaxidze İlham Əliyevi təbrik etdi

Laçında Üçtərəfli Zirvə Toplantısı keçiriləcək

Bu qərar şagirdlərdə psixoloji gərginlik yaradacaq - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla