Yuxarı

Zakir Həsənov yeni binanın təməlini qoydu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Müdafiə Nazirliyinin ərazisində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahı üçün inşa edilən yeni və müasir tipli inzibati binanın təməlqoyma mərasimi keçirilib.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti iştirak edib.

Müdafiə naziri təməlqoyma mərasimində çıxış edərək Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son vaxtlar ordunun maddi-texniki bazasının möhkəmləndirilməsini, hərbi qulluqçular üçün paytaxt Bakıda və ölkənin digər bölgələrində müasir xidməti mənzillərin, hərbi hissələrdə yeni əsgər kazarmalarının və digər məişət obyektlərinin tikilərək istifadəyə verilməsini xüsusi vurğulayıb.

Z.Həsənov Baş Qərargahın yeni inzibati binasının qısa bir vaxtda və keyfiyyətlə tikilməsi üçün şirkət rəhbərliyinə tövsiyələrini bildirib.

Sonra metal giliz bünövrəyə buraxılıb və binanın özülünə beton qarışığı tökülüb.

Tarix
2014.07.26 / 17:55
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla