Türkiyəli din xadimi həyəcan təbili çaldı: "Təhdid
ketdikcə artır"
"İraq və Şam İslam Dövləti" (İŞİD) İstanbul məscidlərini işğal
edib və Azərbaycan vətəndaşlarına bu məscidlərdə təlimat keçərək
Suriya və İraqa yola salır.
Bu məlumatı Türkiyədə cəfərilər təriqətinin (şiəliyin qolu)
liderlərindən olan Əhlibeyt Alimləri Dərnəyinin başqanı Hasan
Kanaatlı "Cümhuriyyet" qəzetinə verib.
Hasan Kanaatlı deyib ki, İŞİD İstanbulun Fatih, Ataşehir.
Esenyurt və Bağçılar bölgəsində bir sıra məscidləri nəzarət altına
alıb. Azərbaycandan gətirilən gənclər bu məscidlərdə
təlimtlandırılıb Suriyaya yola salınır.
Dərnəyin başqanı bildirib ki, Türkiyə şiələri üçün İŞİD təhdidi
getdikcə artır.
"İnsanlarımız öz təhlükəsizliklərini özləri təmin etmək
istəyirlər. Deyirlər ki, qadınlarımıza təlim keçək, silahlanaq,
növbə çəkək, bunları təqib edək. Biz mane oluruq. Daxili işlər
naziri Afkan Aladan görüş istədik, ancaq 10 gündür cavab ala
bilmirik. Bizi qəbul etsəydi mühafizə istəyəcəkdik" - deyə cəfəri
lider bildirib.
Məlumata görə, bir neçə gün əvvəl cəfərilərin Məhəmmədiyyə
məscidinə hücum olub və dağıdılıb. Bu hücumun İŞİD tərəfindən
həyata keçirildiyi təxmin edilir.
H.Kanaatlı deyib ki, hadisədən əvvəl İŞİD üzvlərinin onları necə
hədələdiyini eşidiblər.
"Sizə burada azan oxutmağa imkan verməyəcəyik" deyiblər. İŞİD-in
güclü olduğu bölgələrdən biri də Fatihdir. Bağcılarda mağaza
açıblar, şiələr əleyhinə broşüralar paylayırlar. Ataşehir səmtində
dərnəklər qurublar. Medinə Camisi mərkəzləri onların
nəzarətindədir. Azərbaycandan gətirdikləri gəncləri orada 2-3 gün
qonaq edirlər, təlimat keçib Suriyaya göndərirlər. Cübbə
geyindirirlər. Ötən gün Suriyadan birinin cənazəsi gəldi.
Ataşehirdən idi, iki uşağı vardı. Dövlətin bu işlərdən xəbərinin
olmaması mümkün deyil" - deyə cəfəri lider bildirib.
H.Kanaatlı deyib ki, bir gün evinin balkonunda oturanda küçədən
keçən vəhhabilərin "Suriyada, İraqda, həmdolsun, şiələri çox yaxşı
gəbərdirlər. Burada da başlasaydı..." deyə ona sataşdıqlarını
eşidib.
Şiə lideri deyib ki, həyatı üçün narahatdır və mühafizəçilərlə
təmin olunmasını istəyir.
Virtualaz.org