Yuxarı

Məktəbdə rüşvət iddiası: direktorun istefa səbəbi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fazil Gülverdiyev direktor təyin olunandan sonra, təqribən 1 il ərzində ciddi nöqsanlara yol verib. Fakt budur ki, o direktor olduğu müddətdə məktəbin idarəçiliyini düzgün etməyib. Yaranan problem qarşısında tab gətirə bilmədiyi üçün ərizə yazaraq, öz istəyi ilə vəzifədən gedib. Təhsil Şöbəsinin sabiq rəhbəri Şəhanə Əhmədovanın ondan rüşvət tələb etməsi ilə bağlı dedikləri də yalandır.

Bu sözləri Axar.az-a Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov Tükəvilə kənd orta məktəbinin keçmiş direktoru Fazil Gülverdiyevin Təhsil Şöbəsinin sabiq rəhbəri Şəhanə Əhmədova ilə bağlı irəli sürdüyü ittihamlar haqda deyib. A.İbrahimov bildirib ki, üzə çıxan yeni faktlar Fazil Gülverdiyevin iddiasının əsassız olduğunu göstərir:

“Fazil müəllim bizə dəfələrlə müraciət edib. Hətta mən təhsil şurasının üzvü olanda onu müdafiə də etdim, amma sonralar faktlar mənə məlum oldu. Hazırda Fazil müəllimin yerinə müddətli müqavilə ilə başqa bir müəllim işləyir. Həmin müəllim müddətli olduğu üçün imtahan verəcək. Fazil bəy kollektivin əleyhinə gedərək, həmin müəllimi oradan kənarlaşdırmaq, yerində kimisə oturtmaq istəyir. Onun vəzifədən getməsində səbəb elə özü olub. Yəni günah özündədir”.

Fazil Gülverdiyevin Təhsil Nazirliyinə də şikayət məktubu ilə müraciət etdiyini bildirən şöbə rəhbəri məktəbdə qanunsuzluğa yol verilməsi ilə bağlı irəli sürülən iddiaların yalan olduğunu bildirib:

“Mən dəfələrlə həmin məktəbdə olmuşam, bir neçə dəfə yoxlama göndərmişəm. Əgər hansısa qanunsuzluq olsaydı, məsələni dərhal həll edərdik. Fazil müəllimin məktəbə getmədiyi zaman hazırkı direktor bülleten tələb edir, amma Fazil müəllim onu verməkdən imtina edir. Deyir, mən direktor olanda bülleten tələb etmirdim. Riyaziyyat müəllimi Kəmalə Quliyevadan da şikayət edir ki, məktəbdə dərs vaxtı pullu məşğələ keçir. Halbuki həmin müəllimi şəhər məktəbindən o məktəbə qəbul edən də Fazil Gülverdiyevin özü olub. Həmin müəllimin dərs vaxtı pullu məşğələ keçməsini də yalan deyir”.

Qeyd edək ki, Tükəvilə kənd tam orta məktəbin keçmiş direktoru Fazil Gülverdiyev Unikal.org-a müsahibəsinə Lənkəran Şəhər Təhsil Şöbəsinin sabiq müdiri Şəhanə Əhmədovaya rüşvət vermədiyi üçün məcburi olaraq istefa ərizəsi yazdığını bildirib. O, yeni direktorun rüşvət verərək vəzifəyə gəldiyini və məktəbdə özbaşınalığın baş alıb getdiyini iddia edib.

Tarix
2018.05.31 / 08:15
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Sahil Babayev sahibkarları sevindirir – Ekspert alqışladı

Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

Səfirimiz İran xarici işlər nazirinin müavini ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə Xankəndi görüşündən danışdı

İki gün ard-arda baş verən mina partlayışları... - XİN

Təyyarə Ermənistanı keçib Azərbaycana endi: Kim icazə verib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla