Terror. Hər gün demək olar ki, hər yerdə eşitdiyimiz,
21-ci əsrin insanını qorxu altında saxlayan və hər an istənilən
şəxs üçün potensial təhlükə olan yeganə söz.
Müasir dövrdə əksər dünya alimləri terroru sosial amillərlə
əlaqələndirirlər. Belə ki, əgər cəmiyyətə qarşı nifrət duyan və
yaxud burada uğur qazana bilməyən əksər insanlar məhz terror
təşkilatlarının çadırının altına toplaşmış olurlar. Onlar bəzən
buraya cəlb olunarkən əsl həqiqət uğrunda mübarizə aparacağına
inanır, lakin sonradan çox zaman səhv yolda olduğunu anlayırlar.
Buna da əsasən təşkilatın apardığı təbliğat işləri şərait yaratmış
olur. Gözəl nitqləri ilə insanları heyran edənlər daha sonra onları
ən ağrılı yerlərindən vururlar. Bu da artıq həmin şəxslərdə başqa
bir qrupa qarşı nifrətin yaranmasına səbəb olur. İstər müasir,
istərsə də keçmiş terror təşkilatları hər biri manipulyasiya
üsulundan geniş istifadə edirlər. Yaxşı, bəs bu qədər dəhşəti bir
kəlmədə birləşdirən anlayış necə yaranıb?
İlk terror təşkilatını yəhudilər yaradıb
Alimlərin fikrincə, dünyada ilk terror Makedoniyalı İsgəndərin
zamanında baş verib. Gələcək imperatorun atasının dövləti
idarəetməsinə dözməyən bir qrup insan çar II Flipə qarşı sui-qəsd
hazırlayıb. Lakin fərziyyələr bununla bitmir. Bəzilərinə görə,
dünya tarixində ilk terrorçular məhz təşkilat şəklində hazırkı
Fələstin ərazisində birləşiblər. Bu, romalıların hakimiyyətini
qəbul etməyən millətçi yəhudilər idi. Onlar özlərini sikarilər
(xəncərlilər) adlandırırdılar. Belə adlanmalarının əsas səbəbi isə
həmin təşkilatın üzvlərinin üzərlərində siku-xəncər gəzdirmələri
idi. Onların başlıca məqsədi yəhudi xalqını Roma əsarətindən azad
etmək idi. Bunun üçün sikarilər tez-tez romalılarla əməkdaşlıq
edən, onlarla həlim münasibəti olan yəhudi tacirlərini qətlə
yetirirdilər. Təşkilat üzvləri həyata keçirdikləri hər bir terror
aktının Allah tərəfindən onlar üçün buyurulduğuna inanırdılar.
Sikarilərə görə, romalıların əlini sıxan hər bir insan vətən
xainiydi. Yəhudi tacirlərinin qətlə yetirildiyini görən romalılar
artıq hərəkətə keçməyin lazım olduğu qənaətinə gəlirlər. Ölkədə
yaranmış üsyanı yatırmağa gələn qoşunlar bunun vasitəsilə həmçinin
sikarilərin də sonuna çıxmış olurlar.
Terrorun təkcə şərqdə olduğunu düşünmək gərək deyil. XI-XII
əsrlərdə Avropada katolik kilsəsinin hökmranlığı sürürdü. Artıq bu
dövrlərdən başlayaraq, papalar onlara qarşı çıxan insanları və daha
dəqiq hökmdarları cəzalandırmaq üçün bir neçə yeni təşkilat
yaratmış olurlar. Bu, tarixə monarxmaxiya kimi düşmüşdür. Papalar
məhz bu təşkilatlar vasitəsilə bir neçə Avropa hökmdarının sonuna
çıxmışdılar. Bunlar arasında Oranlı Vilhelm (1584), III Henri
(1589) və IV Henrinin (1610) adları da var. Adları çəkilən
hökmdarlar tarixdə katolik kilsəsinin ən böyük düşmənləri kimi
tanınmışlar.
Həşiş çəkənlər
Tarixdə ən sirli terror təşkilatları sırasına Xoşaşinləri də
(həşiş çəkənlər) aid etmək gərəkdir. XI-XII əsrlərdə fəaliyyət
göstərən bu təşkilatı Avropada asasinlər kimi tanıyırlar. Şiə
müsəlmanlardan təşkil olunmuş qrup əsasən ismaililər təriqətinə aid
idi. Onların əsas mərkəzi hazırkı İran İslam Respublikasının
ərazisində yerləşən Həmədan şəhəri idi. Ələmut Qalasında yerləşən
asasinlərin əsas hədəfi Bağdad xəlifələri idi. Fəaliyyət
göstərdikləri müddət ərzində ismaililər tarixdə bir neçə xəlifənin
olümünə səbəb olmuşlar. Sikarilər kimi onlar da törətdikləri hər
bir əməldə özlərini haqlı hesab edirdilər. Şiə təriqətinin
tərəfdarı olmaları sünnilərə qarşı döyüşdə Allahın onların
tərəfində olduğuna inanmaqları üçün səbəb yaradırdı. Lakin
asasinlərin də sonu çatdı. Bir neçə yüz il fəaliyyət göstərən
təşkilat monqollar tərəfindən məhv edildi. 1256-ci ildə Ələmut
qalasında monqolların bayrağı dalğalandı.
İnqilabdan sonra ona terror dedilər
Fransa inqilabı və ondan sonrakı zamanda vəziyyət çox
gərginləşdi. Dövlətlərin sayının artması, elm və texnologiyanın
inkişafa doğru yönəlməsi, insanların şüurunda yeni anlayışların
meydana gəlməsi və digər şeylər terrorun həcminin artmasına zəmin
yaradırdı. Belə ki, artıq Qərbi Avropa inqilablarının təsiri ilə
oyanan digər Avropa ölkələri də artıq dövlətçilik tarixində yeni
bir gediş eləmək qərarına gəlirlər. Lakin buna qarşı heç də hamı
tolerant reaksiya nümayiş etdirmir. Bəziləri yeni yaradılacaq
dövlətdə monarxiyanın ləğv edilməsini, bəzilərinin isə onun
qalmasını istəməsi və ya kapitalizmin tam şəkildə tətbiq edilməsini
arzulamaması onların müəyyən təşkilat halında birləşib özlərindən
güclü olanlara qarşı gizli, amma zor tətbiq edərək mübarizə
aparmasına səbəb yaradırdı. Lakin bu o demək deyil ki, təkcə
hakimiyyətdə olmayan və ona çata bilməyən şəxslər terrora əl
atırdılar. Əksinə, elə hökumətlər var ki, özlərinin hakimiyyətini
uzatmaqdan ötrü bütün güclü müxalifləri məhv etmək üçün terror
həyata keçirmişlər. Məsələn, Yakobinçilər və SSRİ-nin qırmızı
terroru.
Müasir zamanımızda da terror aktları səngimək bilmir. Onun
tiplərinin sayının artması dövrün, zamanın inkişafı ilə
əlaqədardır. Hazırda alimlər terrorun 6 tipini müəyyənləşdiriblər.
Bunlar millətçi terrorizm (PKK, Bask Vətəni və Azadlıq təşkilatı),
dini terrorizm (Əl-Qaidə, Hizbullah, Yəhudi ravvin Meera Kaxanın
təşkilatı, yaponların "Aum Senrike"si), dövlətlər tərəfindən
dəstəklənən terrorizm (Hizbullah – İran), solçu ekstremist
terrorizm (alman Baader Meynxof, Yaponiyanın Qırmızı Ordusu və
italyanlarım Qırmızı Briqadası), sağçı ekstremist terrorizm (yeni
neonasist, antisemit qrup aiddir), anarxist terrorizmdir. Təəssüf
ki, indinin özündə bu qüvvələrin hər biri əvvəlki kimi öz gücünü
qoruyub saxlamağı bacarıb. Ona görə də çox zaman onlarla aparılan
mübarizə sonda xeyli insanların itirilməsinə səbəb olur.
"Nemezis" planı və cəzasız qalan erməni
terrorçuları
Son 50 ildə dünyada baş verən terrorların sayı xeyli artıb. Əgər
statistikaya nəzər yetirsək, görərik ki, hazırda bütün dünyada ən
çox tanınan millətçi və dini terror təşkilatlarıdır. Onların sayı
XX əsrin əvvəli ilə müqayisədə üç dəfəyə qədər artıb. Burada çox
zaman dövlətləri də günahlandırmaq gərəkdir. Çünki əksər vədələrdə
həbsdən azad olunmuş terrorçu ya öz evinə qəhrəman kimi dəvət
edilir və yaxud həbs edilməyə imkan verilmir. Əsas dövlətin
mənafeyi nəzərə alınır. Bu, hər yerdə belədir. Fransada da, ABŞ-da,
Kanadada və sairə. Ötənlərdə Kanada həbsxanalarının birindən erməni
terrorçular Q.Miroşyan və X.Nobaryan buraxıldılar. Bundan dərhal
sonra onlar Ermənistana dəvət edildilər və onları xüsusi hörmətlə
ölkədə qarşıladılar. Üstəlik xüsusi adla da təltif etdilər. Həmin
şəxslər isə 1985-ci ildə Türkiyənin Kanadadakı səfirliyi qarşısında
partlayış törətmişdilər. Partlayışdan sonra ömürlük həbs cəzasına
məhkum edilmişdilər. Lakin bu uzun müddət davam etməmiş və 25 ildən
sonra hökumət onları sərbəst buraxmışdı. Əksər analitiklərin
fikrincə, ermənilər belə hərəkətlər vasitəsilə dünyanın digər
dövlətlərinin diqqətini "erməni soyqırımı"na cəlb etməyə
çalışırlar, lakin hələ indiyə qədər bunlardan heç biri uğurla
nəticələnməyib.
Təəssüf ki, baş verən terrorçu hərəkətlərinə əksər dövlətlər
diqqət yetirməyə çalışmırlar. Çox zaman məhz onlar öz geopolitik
maraqlarından asılı olaraq, bəzən mahnının əsas sifarişçisi
olurlar. Nəticədə hər şey sadə vətəndaşın başında partlayır.
Bir məqama diqqət edək, tarixçi Jerar Libaridyan yazır ki, təkcə
1903-1906-cı illərdə erməni terrorçuların həyata keçirdikləri
aktların sayı 105 idi. Bunlara görə isə heç kim
cəzalandırılmamışdı. 1919-cu ildə "Daşnaksütyun" partiyası "erməni
terroru"nu həyata keçirən Osmanlı hökumətinin rəhbərlərini
cəzalandırmaqdan ötrü yeni plan hazırlayır (Plan "Nemezis"
adlanırdı). Nəticədə, Tələt paşa 1921-ci ildə terrorçu Teyleryan
tərəfindən öldürülür. Tezliklə, Almaniya hökuməti onun günahsız
olduğunu bəyan edir. Daha sonra isə britaniyalılar heç nə olmamış
kimi digər birini Torlakyanı həbsdən azad edir. Halbuki o,
Azərbaycan Demokratik Respublikasının Daxili İşlər naziri Behbud
xan Cavanşirin qətlində təqsirləndirilirdi. Lakin məhkəmə buna da
bəhanə tapmışdı: "əqli cəhətdən sağlam deyil".
Ümumiyyətlə, ermənilər XX əsr boyunca çox aktiv fəaliyyətlə
məşğul olmuşlar. Türkiyənin Qərbdəki elçilərinə cəzasız qalan
basqınları, Əsənboğa hava limanının tutulması, Münhen
Olimpiadasında israillilərin ölümündə əlləri var idi.
XX əsrdə erməni terroçular üçün ən ağır
cəza
1977-ci ildə SSRİ-nin paytaxtında üç partlayış baş verdi. KQB
partlayışı üç nəfərin həyata keçirdiyini bildirdi. Bunlar
A.Stepanyan, Z. Baqdasaryan, S. Zatikyan idilər. O zamanki
Ermənistan rəhbərliyi bunu gizləməyə, daha dəqiq desək, faktları
məhv etməyə çalışsa da, heç bir şey alınmadı. Brejnev məsələnin tam
araşdırılmasını əmr etdi. Bu zaman Moskvadakı hüquq müdafiəçiləri
dəfələrlə ona müraciət etsələr də, heç bir şey alınmadı və sonda
terroçular güllələndilər. Bu, hələlik XX əsrdə erməni terroçular
üçün verilmiş ən ağır yeganə cəza idi.
Hazırda dini terrorizm digərlərindən xüsusiylə fərqlənir.
Onların fəaliyyətlərinin zirvəsi isə Əl-Qaidə təşkilatının həyata
keçirdiyi 11 sentyabr hadisəsi idi. Məhz bununla ABŞ-ın qəlbinə
xəncər saplanmış oldu. Amerika iqtisadiyyatı bir günün içərisində
sanki iflic olmuşdu. Amerika həmin partlayışın nəticəsində 100
milyard pul itirdi. Nəticədə ölkənin indekslərdəki səhmləri xeyli
aşağı düşdü. Rəhbərlik isə bunları aradan qaldırmaqdansa hər şeyin
qiymətin aşağı saldı. Artıq Amerikada kral dairəsində çox ucuz
qiymətə qala bilərdin. Lakin bu onun qəzəbini soyutmadı. Nəticədə
bu qəzəb dünyaya yeni müharibələr bəxş etdi. Əvvəlcə Əfqanıstan,
sonra isə İraq ABŞ-ın hədəfində dayandı. Bundan öz məqsədləri üçün
istifadə edən ölkə islam aləmində hələ də elə xoş münasibətlə
qarşılanmır.
Sonluq:
Doğrudur, hazırda əksər ölkələr terrorla mübarizə etdiyini bəyan
edirlər, amma ortada nə var? Heç nə. Yenə Əl-Qaidə, ASALA, PKK,
Qırmızı Briqada, Hizbullah, Yaponların Qırmızı Ordusu, ETA, Həmas
və digərləri əvvəlki mövqelərində qalıblar. Yaxşı bəs onlar üçün bu
şəraiti kim yaradır? Bu qədər silahın alğı-satqısı hardandır? Bu
qədər güc onlara haradan keçib? Axı ola bilməz ki, hər hansı dünən
yaranmış cırtdan bir təşkilat dövlətdən güclü olsun?
Terrordan ən çox zərər çəkən ölkələr
1994-2004-cü illərdə ölənlərin sayı - ölkələr
üzrə
1. ABŞ - 3238
2. Rusiya - 2111
3. Hindistan -1938
4. İsrail - 1274
5. Kolumbiya - 1135
6. İraq - 1122
7. Əlcəzair - 869
8. Pakistan - 783
9. Uqanda - 471
10. Şri-Lanka - 409
XXI əsrin ən böyük terror aktları
Adı, Tarix, Ölkə
- 11 sentyabr 11.09.2001 ABŞ
- Balidəki 12.10.2002 İndoneziya
- Dubrovkadakı 23.10.2002 Rusiya
- İstanbul 15.11.2003 Türkiyə
5) Moskva
metrosu 06.02.2004 Rusiya
6) Madrid
11.03.2004 İspaniya
7) İraqda ardıcıl partlayışlar 24.06.2004 İraq
8) Beslan 01.09.2004 Rusiya
9) London partlayışları 07.07.2005 Böyük Britaniya
10) Kaxtaniya 14.08.2007