Yazıçı Kamal Abdulla "Bir abzas - yeddi rəng"
layihəsində.
Yeddinci rəng – Bənövşəyi
Şəhriyar
del Gerani:
- Bir dəfə Slavyan Universitetində "Labirint"in müzakirəsi idi.
Söz demək növbəsi mənə çatanda dedim ki, "Kamal Abdulla
yaradıcılığının mənim kommentarimə ehtiyacı yoxdur. Bir yaradıcılıq
ki müəllifindən daha çox səyyahdır, deməli, həmin mətnlər istənilən
zamanlarda və məkanlarda özünü xilas edəcək". Bir balaca əmma da
əlavə eləmişdim. Hekayələrin birində "nar ağacının arxası" ifadəsi
vardı. Dedim ki, "ağacın arxası olmur" və beləliklə tənqid eqomu
təmin elədim. Yadımdadır ki, tənqidçi Elnarə Tofiqqızı "Şəhriyar,
cığallıq eləmə" demişdi. İndi düşünürəm ki, həqiqətən də böyük
ədəbiyyata hansısa bir cümlə kontekstində yanaşmaq cığallıqdan
savayı bir şey deyil. Hazırda Kamal Abdullanın "Sirri Zəmanə"sini
oxuyuram və özümü Misir pramidasının içində sayıram. Di gəl, həmin
pramidada "Wi-Fi" da var. Yeri gəkmişkən, Kamal müəllim bu şeirlə
yaddaşıma hopub:
"Yollar getdi üzü dağa,
Yoxuşlar enişlərdən çox.
Kimsə yox xatırlamağa
Unutmağa da kimsə yox..."
Əsəd
Qaraqaplan:
- Kamal Abdulla mətnlərinin harda mifə, harda təzədən reallığa
keçdiyi bəlli olmur. Burda reallıqla mif iç-içə və şüşənin iki eyni
üzü kimi görünür, insanı öz içində əridərək iki halı eyni anda və
eyni ruh halıyla duymağa sövq edir. Hər gün gəzdiyin şəhər
küçələrində, hər gün gördüyün insanların arasında birdən-birə
mifoloji varlıqlarla qarşılaşa bilər və onların gerçəkdən də gerçək
olduğuna inanarsan. Bu mətnlər bir növ bizim yaşadığımız real
həyatla yaşadığımız, amma bütün gerçəkliyilə duya bilmədiyimiz
"başqa bir həyatı" da bizə yaşadır və bizi ruhumuzun dərin
qatlarına götürür...
P.S. Kamal Abdullanın hekayələrindən ibarət "Sirri–Zəmanə" adlı
yeni kitabını "Kitab Klubu" (Mustafa Sübhi 13), "Bukinist"
(İstiqlaliyyət küç. 69H), "Kitabevim.az" Kitab Evi ("AK Center",
2-ci mərtəbə), "Əli və Nino" kitab dükanlarından, "Bayatı" kitab
satış mərkəzindən, "Xan Xəzinəsi" kitab dükanlarından, "Papirus"
Kitab Evindən, Prezidentin İşlar İdarəsinin Kitab Evindən,
Akademiya Kitab Mərkəzindən, Akademkitabdan əldə etmək olar.
Əvvəlki Abzaslar:
Bir abzas: Qan Turalıdan Kamal Abdullaya. Birinci rəng -
Ağ
Mövlud Mövlud və Kəramət Böyükçöldən - Bir abzas. İkinci
rəng – Qırmızı
Kənan Hacı və Aqşin Evrəndən - Bir abzas. Üçüncü rəng -
Yaşıl
Səlim Babullaoğlu və Zahir Əzəmətdən – Bir abzas. Dördüncü
rəng - Mavi
İradə Tuncaydan Kamal Abdullaya – Bir abzas. Beşinci rəng
- Sarı
Ömər Xəyyam və Güneldən
- Bir abzas. Altıncı rəng - Boz