Yuxarı

Varislərin kompensasiyası MM-də: Əsas maddiyyat deyil

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:37

Prezidentin şəhid ailələrinə 11 min manat sığorta haqqının ödənilməsi barədə sərəncamı çox yüksək addımdır. Biz hər birimiz buna görə sevindik. Amma əksər şəhid ailələri bu imkandan yararlana bilmir. Müvafiq qurumlar onlara deyir ki, 90-cı illərdə “Azərsığorta”dan 50 min manat kompensasiya verilib. Şəhid ailələrinin üzvləri isə bu pulu almadıqlarını deyirlər.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa deyib.

“Dövlət qurumları elə vəziyyət yaradıb ki, bu vəsaitlərin vətəndaşlar tərəfindən alıb-almadığını vətəndaş özü sübut etməlidir. Bu, doğru yanaşma deyil. Həmin qurumların özünün arxivi olmalıdır. Dövlət qurumları funksiyalarını yerinə yetirmirlər və şikayətçiləri Milli Məclisə yönəldirlər. Bəlkə də bu insanların sayı çox deyil, amma bu insanların narazılığına cavab verilməlidir. Ola bilər ki, onların arasında kimlərsə haqsızdır, lakin hər bir halda vətəndaşların müraciətləri dövlət tərəfindən araşdırılmalıdır”, - millət vəkili bildirib.

F.Mustafanın sözlərinə görə, zamanında Daxili İşlər Nazirliyi tərkibində döyüşlərdə iştirak edən şəxslər olub, lakin indi onların ailə üzvlərinə deyirlər ki, bu şəxslər şəhid statusuna malik deyil:

“Bunu əsas gətirərək bildirilər ki, sizə kompensasiya verilə bilməz. Ancaq bu ailələr şəhid ailəsi kimi güzəştlərə malikdir. Qeyd edim ki, 1990-cı illərdə verilən 50 min manat o dövrün şərtlərinə görə böyük pul olmayıb. Hesab edirəm ki, şəhid ailələrinə bu kompensasiya verilməlidir”.

Millət vəkilləri Zahid Oruc, Qənirə Paşayeva və Aqil Abbas bu fikirləri müdafiə edib.

Spiker Oqtay Əsədov isə çıxışında Milli Məclisin bu istiqamətdə fəaliyyət göstərdiyini, hər yerə müraciət etdiklərini bildirib.

Spiker qeyd edib ki, prezidentin bununla bağlı sərəncamı olub və bu sərəncamdan sonra problem həll edilməlidir:

“Biz yaranan problemi insan hüquqları komitəsinə tapşıraq. Komitə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və sığorta şirkətinin əməkdaşları ilə birlikdə problemi araşdırsın”.

Millət vəkili Siyavuş Novruzov da çıxışında bu məsələdə haqqı olanların kənarda qaldığını deyib:

“Azərbaycanda 60 mindən çox Qarabağ müharibəsi veteranı var. Azərbaycanda alay, diviziya olmayıb. Necə ola bilər ki, 60 mindən çox veteran olsun? Azərbaycanda ancaq batalyon olub və onun da tərkibi 200 nəfərdən ibarətdir. Ümumilikdə bizdə batalyonların sayı 30-dan çox olmayıb. Sərhəd bölgəsində yaşayan, müharibədə iştirak edən hər kəs müharibə veteranı olduğunu deyə bilər. Nazirlər Kabineti bunu nəzərə alaraq, qərar qəbul edib ki, kimin problemi yaranıbsa, onunla birgə vuruşan döyüş yoldaşları və ya komandiri bunu təsdiq edən müraciət təqdim etməlidir. Yalnız bundan sonra həmin şəxslərə veteran statusu verilə bilər. Əks halda bu, mümkün olmayacaq”.

S.Novruzov şəhid ailələrinə verilən müavinət məsələsinə də toxunub və bildirib ki, burada maddiyyat məsələsinin şişirdilməsinin əleyhinədir: “Biz burada mənəvi tərəfləri əsas götürməliyik. Bu addımın mahiyyəti şəhid ailələrini digər insanlardan fərqləndirməkdir. Bu, millətin, dövlətin şəhididir. 5 manat az oldu, çox oldu kimi məsələləri dilə gətirmək düzgün deyil. Bu məsələyə şəhid ailəsinin maddi təminatı kimi baxılmamalıdır”.

Tarix
2018.10.16 / 13:08
Müəllif
Axar.az
Digər xəbərlər

Qusman İlham Əliyevin bu müsahibəsini yaydı

Bu sözləri Əliyev haqda Qərbin “uşaqları” deyir

Türkiyənin HTŞ ilə birgə yeni hədəfi

ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla