Yuxarı

Azərbaycan UNESKO-nun bu komitəsinin üzvü seçildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan UNESKO-nun bu komitəsinin üzvü seçildi

Parisdə Ümumdünya Mədəni və Təbii İrsin Qorunması üzrə 1972-ci il Konvensiyasına Tərəf Ölkələrin Baş Assambleyasının 25-ci sessiyası çərçivəsində UNESKO-nun Ümumdünya İrs Komitəsinin (ÜİK) 2025-2029-cu illər üzrə üzvlüyünə keçirilmiş seçkilərdə Azərbaycan Komitənin üzvü seçilib.

Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ciddi rəqabət şəraitində baş tutmuş seçkilərdə Şərqi Avropa regionu üçün ayrılmış 1 yer uğrunda ölkəmizlə birgə 5 ölkə mübarizə aparıb. Azərbaycan səsvermənin ilk mərhələsində 160 ölkədən 92-nin dəstəyini təmin edərək Komitəyə üzv seçilib.

Bildirilib ki, 21 üzv ölkədən ibarət olan Komitə UNESKO-nun Ümumdünya İrs Konvensiyasının həyata keçirilməsinə nəzarəti həyata keçirən əsas icra orqanıdır. Komitənin başlıca vəzifəsi UNESCO Ümumdünya İrs Siyahısının formalaşdırılması, dünya əhəmiyyətli mədəni və təbii irsin tanınması, qorunması və gələcək nəsillərə ötürülməsi üzrə fəaliyyətləri tənzimləməkdir. Komitə həmçinin Ümumdünya İrs Fondunun vəsaitlərinin istifadə istiqamətlərini müəyyən edir və tərəflərin müraciəti əsasında layihələrə maliyyə dəstəyi ayırır.

Bu dəstək konservasiya işlərindən tutmuş idarəetmə planlarının hazırlanmasına, fövqəladə hallarda yardım və müvafiq strukturların potensialının gücləndirilməsi kimi önəmli sahələri əhatə edir.

Məlumatda qeyd edilib ki, Azərbaycan 2015-2019-cu illərdə də Komitənin üzvü olub və onun fəaliyyətlərinə əhəmiyyətli töhfələr verib. 2019-cu ilin iyul ayında Komitənin 43-cü sessiyasına ölkəmiz ev sahibliyi edib. Azərbaycanın UNESKO Komitəsinə seçkilərdə qalibiyyəti Azərbaycanın regional və beynəlxalq miqyasda artan nüfuzunun bariz nümunəsidir.

Tarix
2025.11.24 / 17:39
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Ermənistana görə Azərbaycana təşəkkür etdi

Putin Kremldə açıq dedi - Ermənistanda “duel” başladı

Paşinyan Rusiya və Qərb arasında “manevr” etməyə çalışır...

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla