Azərbaycan bu ölkəni təbrik etdi
19:50
| Ana səhifə Toplum |
|
Goranboyda daha bir bina təhlükəli vəziyyətdədir.
Axar.az milli.az-a istinadən xəbər verir ki, rayonun S.Civəzadə küçəsindəki 7 nömrəli binanın sakini yaşadığı evin uçma təhlükəsində olması barədə məlumat verib.
Onun sözlərinə görə, bina uzun illərdir qəzalı vəziyyətdədir:
“Yaşadığımız bina təxminən 1970-ci illərdə tikilib və çox pis vəziyyətdədir. Deyilənə görə bina illərdir yenidənqurma planına düşüb, lakin hələ də heç bir addım atılmayıb”.
Sakin əlavə edib ki, bu gün gecə saatlarında C.Cabbarlı küçəsində yerləşən 5 mərtəbəli digər yaşayış binasının çökməsi onları daha da narahat edib:
“Bu gün C.Cabbarlı küçəsində bina çökdü, yaralananlar var. Həmin binanın vəziyyəti bizimkindən daha yaxşı idi”.
|
Tarix
2025.11.24 / 18:21
|
Müəllif
Axar.az
|