Yuxarı

Bu sığorta şirkətinin lisenziyası məhdudlaşdırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "AXA MBASK” Sığorta Şirkəti ASC-nin lisenziyasının qüvvəsini məhdudlaşdırıb.

Axar.az xəbər verir ki, "AXA MBASK” şirkəti "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri ilə bağlı nöqsanlara yol verib.

Belə ki, şirkət müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və icbari sığorta qanunlarına uyğun olmayan şərtlərlə bağlayıb.

"AXA MBASK” şirkətinin sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Qeyd edək ki, "AXA Mbask” sığorta şirkəti 1992-ci ildə yaradılıb.

Şirkət yığılan sığorta haqlarının və həyata keçirilən ödənişlərin həcminə görə Azərbaycanın aparıcı sığorta şirkətlərinin onluğuna daxildir.

Şirkətin yeganə səhmdarı "AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” (İspaniya) şirkətidir. Nizamnamə kapitalı 19 mln. 733,738 min manata bərabərdir.

Tarix
2019.03.11 / 21:15
Müəllif
Axar.az
Digər xəbərlər

Mironovdan Azərbaycan bayrağı ilə bağlı açıqlama

Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - Foto

Berdiməhəmmədov Füzuliyə getdi, Əliyev qarşıladı - Foto

Azərbaycan XİN İraqa başsağlığı verdi

Azərbaycanlı MMA döyüşçüsü Rusiyadan deport edilir - Video

Əliyevlə Berdiməhəmmədov nahar etdi

Paşinyan “paraflanma”ya tələsir: Bakı niyə “isti yanaşmır”?

Nikolun mətbuat konfransı: Bakıya və Kremlə mesaj göndərdi

Əliyev və Berdiməhəmmədov “Sea Breeze”də - Foto

Hərbi prokurorun işdən çıxarılan müavininin - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla