Yuxarı

Ramazan ayı üçün Tədbirlər Planı hazırlanır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramazan ayı üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tədbirlər Planı hazırlanır və buna uyğun da fəaliyyət göstərilir. Qafqaz Müsəlmanlari İdarəsi ilə qarşılıqlı şəkildə əməkdaşlıq edilir.

"Xəzər Xəbər"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Komitə sədri qeyd edib ki, bu il də Ramazan ayı ərəfəsində monitorinqlər həyata keçiriləcək.

O, Ramazan ayı ilə bağlı komitənin tövsiyələrini açıqlayıb.

Mübariz Qurbanlı dini sahədə kadr hazırlığı məsələsinə də münasibət bildirib. O qeyd edib ki, xanım din xadimlərinə getdikcə ehtiyac duyulur. Çünki məscidə rəhbərlik edən və dini ayinlərin icrasını həyata keçirən xanımlar yoxdur. Xanımların məsciddə dini ayinləri birbaşa idarə edib-etməməsi məsələsi isə Qafqaz Müsəlmanlari İdarəsinə bağlıdır.

Bu arada, Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Dini-ideoloji təhlükəsizlik və media" mövzusunda konfrans keçirilib. Milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasinda, həmçinin dini radikalizm, terrorizm və ekstremizmə qarşı mübarizədə media təmsilçilərinin üzərinə düşən vəzifələr ətrafinda fikir mübadiləsi aparılıb.

Tarix
2019.04.16 / 22:44
Müəllif
Axar.az
Digər xəbərlər

Rus əsgərlər bir-birini “güllələyib”, medal aldılar - Rəzalət

İlham Əliyev və xanımı Çində səfərdədir - Video

Məşhur həkimdən şok yazı: Səhiyyəmiz niyə batır?

Azərbaycan üzvlük istəyir: Rusiya mane olacaq?

Azərbaycana nifrət edən səfir uduzdu, geri çağırıldı

Paşinyan “bitdi” dedi, Rusiya isə Zəngəzurdan əl çəkmir

İrandan Zəngəzura qarşı inanılmaz bəyanat - Nə istəyir?

Zəngəzur dəhlizi həyati əhəmiyyət kəsb edir - Hoqland

Bakı - İrəvan razılaşması departamentin saytında dərc edildi

Azərbaycan - ABŞ Memorandumunun mətni açıqlandı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla