Yuxarı

MM-də qaz limiti ilə bağlı təklif: İki dəfə qaldırılsın

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MM-də qaz limiti ilə bağlı təklif: İki dəfə qaldırılsın

14:00

Millət vəkilləri Fazil Mustafa və Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən toplantısında əhaliyə verilən təbii qaz limitinin artırılması təklifi ilə çıxış ediblər.

Axar.az xəbər verir ki, Fazil Mustafa israfçılığın qarşısını almaq üçün limitin olmasını normal sayıb.

“Hazırda 1700 kubmetr limit qoyulub. Bu limitin qaldırılmasını təklif edirəm. Çünki həyət evlərində yaşayan, ödəniş imkanı aşağı olan insanlar o limitdən çox əziyyət çəkir, böyük problemlər yaşayırlar. Çox istərdim ki, müvafiq qurumlar bu məsələni nəzarətə götürsün və limit iki dəfə qaldırılsın".

Qənirə Paşayeva da Fazil Mustafanın təklifini dəstəkləyib və bildirib ki, özəlliklə kəndlərdə, bölgələrdə sakinlərlə görüşlərdə maddi imkanları aşağı olan insanlar təbii qaz limitinin artırılmasını xahiş edirlər. Millət vəkili deyib ki, əhalinin aztəminatlı, maddi imkanları aşağı olan hissəsinin təkliflərini nəzərə alaraq, əhaliyə verilən təbii qaz limitinin artırılması məsələsinə yaxın zamanlarda baxılması çox vacibdir.

Tarix
2019.04.23 / 21:59
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video

Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq

Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video

Gizir Xanıya şəhidlik statusu verildi

Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video

Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi

Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq

Ermənistan sülhlə bağlı səmimi görünmür

Ərdoğan Naxçıvan sazişindən danışdı: Dönüş nöqtəsi...

AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla